"NATO-nun Ukraynadakı sülhməramlıları Rusiya ilə birbaşa toqquşmaya səbəb olacaq" - LAVROV
NATO sülhməramlılarının meydana çıxması Rusiya Federasiyası ilə birbaşa toqquşmaya səbəb olacaq.
KONKRET.az rg.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib.
Xarici işlər naziri polşalı həmkarlarının NATO sülhməramlılarının Ukraynaya göndərilməsinin zəruriliyi ilə bağlı bəyanatlarına diqqət çəkib.
"Ümid edirəm ki, onlar nədən danışdıqlarını başa düşürlər. Bu, Rusiya və NATO silahlı qüvvələri arasında birbaşa toqquşmaya səbəb olacaq, hansı ki, hamı nəinki bundan qaçmaq istəyirdi, həm də bunun baş verməməli olduğunu bəyan edirdi", – deyə Lavrov bildirib.
Onun fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski də buna çalışır və Avropa ölkələrinin parlamentlərində çıxışında emosiyalarının ona kömək olacağına ümid edir.Lavrov Ukraynanı Rusiyanın müstəqilliyini boğmaq üçün alət adlandırıb.
Bununla belə XİN rəhbəri qeyd edib ki, Moskva Qərbin vasitəçi rolu oynamasına qarşı deyil.
"Ancaq bizim uzun illərdir danışdığımız tamamilə aydın "qırmızı xət"lərimiz var", – deyə Lavrov vurğulayıb.Nazir həmçinin qeyd edib ki, Rusiyaya Ukrayna ilə "dəmir" sazişlər lazımdır ki, heç kim onları pozmağa cəhd etməsin./oxu.az/

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti