"NATO-ya savaşın tezliklə bitməsi yox, uzanması gərəkdir" - Partiya sədri

Sabah Brüsseldə NATO-nun fövqəladə toplantısı öz işinə başlayacaq. Elan edilib ki, alyansın bu sammitində Ukraynaya bundan sonrakı dəstəyin nələrdən ibarət olduğu açıqlanacaq.
KONKRET.az xəbər verir ki,  bu sözləri Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib.
"Deməli, Rusiya-Ukrayna savaşının gələcək taleyi xeyli dərəcədə həm də bu sammitin nəticələrindən asılı olacaq: NATO Ukraynanın gözlədiyi və tələb etdiyi dəstəyi vermək qərarı alacaqsa, Zelenski də dirənməkdə davam edəcək; yox, NATO yenə də "üçüncü dünya və nüvə savaşı çıxar" bəhanəsiylə Rusiyaya qarşı ehtiyatlı mövqe tutacaqsa, bu, Ukraynanı Rusiya qarşısında yalnız buraxmaq mənasına gələcək.
Ancaq NATO Baş katibi Stoltenberqin bu gün keçirdiyi mətbut konfransında səsləndirdiyi fikirlər alyansın rus təhdidinə qarşı daha qətiyyətli addımlar atacağına da ciddi şübhələr yaradır. Stoltenberqin "Savaş Ukrayna sərhədlərini aşmamalıdır", "Ukraynanın NATO-ya üzvlüyü gündəlikdə deyil" və "NATO Ukraynaya əsgər göndərməyəcək" bəyanatları o qənaəti yaradır ki, Qərb bloku Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyi və hətta digər Avropa ölkələrinə də hücum edə biləcəyi qorxusunu yaşayır və yenə də "Biz silah və para göndərək, Ukrayna özü vuruşsun" mövqeyi tutacaq, əsas ağırlığı isə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə verəcək".
Politoloq əlavə edib ki, çünki NATO-ya savaşın tezliklə bitməsi yox, uzanması və sanksiyalarla taqətdən salınan Rusiyanın içərisinə sıçraması, Putin əleyhinə çıxışların başlaması gərəkdir: "Hələliksə, bir aylıq savaş ona gətirib çıxarıb ki, ABŞ real rus işğalı təhdidiylə və Ukraynanı qurban etmək hesabına, son vaxtlar nəzarətindən çıxan Avropa İttifaqını artıq yenidən NATO-dan möhkəm yapışmağa, ABŞ-ın təklif etdiyi təhlükəsizlik təminatı şərtləri və iri silah müqavilələri ilə razılaşmağa vadar edə bilib".

Siyasi       Tarix: 24 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari cəbhədən son dəqiqə az xeber xeber