"Naxçıvan Bank" bağlanır? - Rəsmi açıqlama verildi
Bir neçə kütləvi informasiya vasitələrində Azərbaycanın yeganə regional bankı olan "Naxçıvan Bank"ın bağlanacağı barədə xəbərlər yayılıb.
KONKRET.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) məsələ ilə bağlı açıqlama verilib.
Mərkəzi Bank APA-ya bildirib ki, "Naxçıvan Bank" bütün prudensial tələblərə riayət edir.
"Mərkəzi Bank tərəfindən banklarda yoxlamalar müəyyən edilmiş illik yoxlama planı əsasında aparılır. "Naxçıvan Bank" ASC-nin maliyyə dayanıqlığı göstəriciləri AMB tərəfindən müəyyən edilən prudensial tələblər çərçivəsindədir", – açıqlamada qeyd edilib. Başqa sözlə, AMB tərəfindən "Naxçıvan Bank"ın lisenziyasının məcburi qaydada ləğv edilməsi gözlənilmir.
Mərkəzi Bank həmçinin, bankın kredit portfelinin bir hissəsinin satılması və 100% səhmdarı olduğu "Naxçıvan Sığorta"nın portfelinin digər sığorta şirkətinə ötürülməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, bankın kredit portfelinin bir hissəsinin satılması, o cümlədən sığorta şirkətinin satılması, öhdəliklərin ötürülməsi və birləşmə bankın biznes strategiyasına aid olan məsələlərdir.
Qeyd edək ki, "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov dekabrın 8-də "Naxçıvan Bank"ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsinin alındığını açıqlayıb. Paralel olaraq "Naxçıvan Sığorta"nın lisenziyası ləğv edilib və portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülüb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR