Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırıldı
Naxçıvanda ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, yararlılıq müddəti bitən 1150 kq çiy dönər məhsulu dövriyyədən kənarlaşdırılıb.
Naxçıvan Muxtar Respublikasında dönərxanalarda kütləvi qida zəhərlənmələrinin intensiv hal almasını nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsi, istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində müvafiq əmrlə işçi qrupu yaradılıb.
İşçi qrupu tərəfindən istirahət və bayram günləri də daxil olmaqla muxtar respublikada fəaliyyət göstərən dönərxanalarda həyata keçirilmiş monitorinqlər zamanı 38 dönərxanada sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyi sahəsindəki texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub.
Belə ki sözügedən dönərxanalarda izləmə sisteminin tətbiq olunmadığı, dönərə əlavə edilməsi nəzərdə tutulan mayonez və sousların müvafiq temperaturda saxlanmadığı, çiy dönərin donunun açılması prosesinin düzgün şəraitdə həyata keçirilmədiyi, ötən günlərdən qalıq qalmış bişmiş dönərin növbəti günlərdə istehlakçılara təqdim olunduğu, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb edilmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, bəzi dönərxanalarda su-kanalizasiya sisteminin olmadığı, dönər aparatlarının nasazlığı və ət dönərlərinin müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.
Aparılan dövlət nəzarəti tədbirləri çərçivəsində qeyd olunan nöqsanların aradan qaldırılması təmin edilib.
Şübhəli məhsul hesab edilən çiy dönər, bişmiş dönər, mayonez və souslardan nümunələr götürülərək NQTİ və AQTİ-nin müvafiq laboratoriyalarına təqdim edilmiş, uyğunsuzluq aşkarlanmış məhsullar barəsində müvafiq qərar qəbul olunaraq icra edilib. Nəzarət tədbirləri zamanı yararlılıq müddəti bitmiş 1150 kq çiy dönər məhsulu dövriyyədən kənarlaşdırılıb. Sözügedən məhsul barədə qanunvericiliyə uyğun olaraq müvafiq qərar
veriləcəkdir.
Daha ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, təkrar baxış zamanı verilmiş tapşırıqların icrası təmin olunan obyektlərin fəaliyyətinə icazə verilib.
/report

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Bu universitetə magistr qəbulu ləğv edildi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu