Naxçıvanda "Azərbaycan - Türkiyə gənclərinin beynəlxalq zəfər düşərgəsi" keçirilir - FOTOLAR

Naxçıvanda Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə "Beynəlxalq zəfər düşərgəsi"nin Naxçıvan şəhərində açılışı baş tutub. 
Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Türkiyə Respublikasının Gənclik Vaqfının (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, hər iki ölkə gəncləri arasında müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır.
Açılışdan əvvəl düşərgə iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və Heydər Əliyev muzeyi ilə tanış olublar. Hər iki dövlətin himni və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclər Fondunun icraçı direktoru Enes Eminoğlu, Naxçıvan MR-nın Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Qazi mayor Təbriz Zeynalov, qazi kapitan Ümman Məmmədov çıxış ediblər.
Natiqlər  Vətən müharibəsindən, iki ölkə arasındakı qardaşlıq əlaqələrindən, Türkiyə Gənclər Fondu və Azərbaycan Gənclər Fondunun bu günədək ortaq həyata keçirdiyi layihələrin əhəmiyyətindən, hər iki ölkə gənclərinin ortaq maraqları əsasında davam edəcək sıx əməkdaşlıq və planlardan söz açıblar. 
Daha sonra bədii hissəylə davam edən tədbir Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestri və Şərur Xalq Yallı Ansamblının çıxışları ilə yekunlaşıb.
25-31 iyul tarixlərində keçiriləcək düşərgədə Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən gənclər iştirak edirlər. Düşərgədə iştirak edən gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə qəhrəman qazilərimiz ilə görüşlər təşkil olunacaq, tarixi qələbəmizi şərtləndirən əsas amillər haqqında düşərgə iştirakçılarına geniş məlumat veriləcəkdir.
Bununla yanaşı, iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, ölkələrimizin tarixi haqqında gənclərin maarifləndirilməsi, eyni zamanda 2021-ci ilin Türkiyədə "Yunus Əmrə və Türk dili", ölkəmizdə isə "Nizami Gəncəvi" ili elan olunması ilə əlaqədar iştirakçılar arasında intellektual yarışlar və bir sıra ədəbi bədii tədbirlər təşkil ediləcəkdir.
İdman və əyləncə proqramları ilə davam edəcək düşərgədə gənclərin dünyanın ən qədim şəhər məskənlərindən biri olan Naxçıvanın zəngin tarixi və mədəni irsi ilə də yaxından tanış olmaları nəzərdə tutulub.
Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda Naxçıvanda

Sosial       Tarix: 28 iyul 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər futbol xeberleri metbuat xeberleri gunun xeberleri