Naxçıvanda vəkilin intizam məsuliyyətinə cəlb edilmə qaydaları dəyişir
Naxçıvanda vəkillərin intizam məsuliyyətinə cəlb edilmə qaydalarında dəyişiklik edilir.
KONKRET.az xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda o, intizam məsuliyyətinə cəlb ediləcək.
Həmçinin, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən bir il (hazırkı müddət 6 aydır), törədildiyi gündən isə iki il (hazırkı müddət 1 ildir) müddətində tətbiq edilə biləcək.
Bununla yanaşı, vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən 3 ay müddətində vəkilin iştirakı ilə araşdırma aparacaq və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edəcək. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət üç ayadək uzadıla biləcək.
Bundan əlavə, vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə biləcək:
– xəbərdarlıq;
– töhmət;
– üzvlük haqqının 10 misli həcmində cərimə;
– "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununundə göstərilən korrupsiya ilə əlaqədar hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;
– vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.
Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulacaq.
Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və ya başlanılmış icraata xitam veriləcək.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından bir ay müddətində məhkəməyə şikayət verilə biləcək.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib