Naxçıvanın yeni Baş naziri kim olacaq?

Naxçıvanın yeni Baş naziri kim olacaq?Naxçıvanın yeni Baş naziri kim olacaq?
Dünən Naxçıvan Muxtar Respublikasının Baş nazir vəzifəsindən azad edilən Əlövsət Baxşıyevin yerinə onun müavini, Maliyyə naziri Səbuhi Məmmədovun təyin ediləcəyi gözlənilir.
Bu barədə Ölkə.Az-a etibarlı mənbələrdən məlumat verilib.
S.Məmmədovun Naxçıvan Muxtar Respublikasının yeni Baş nazir postuna təyin olunması ilə bağlı yaxın günlərdə sərəncam imzalanacaq.
Baş nazir Ə.Baxşiyev məzuniyyətdə olan zaman vəzifəsindən azad edilib. O, bunu məzuniyyətdən qayıtdıqdan sonra gözləsə də, əksi olub.
Mənbə bildirib ki, Ə.Baxşiyev məzuniyyətə getməmiş möhür və açarları müavini S.Məmmədova təhvil verib.
Onu da qeyd edək ki, Baş Nazir Ə.Baxşiyevlə Ali Məclisin sədri Vasif Talıbov arasında əvvəlcədən müəyyən fikir ayrılıqları olub. V.Talıbov onun fəaliyyətindən narazı olub. Narazılıqlar Ə.Baxşiyevin vəzifəsini itirməsi ilə nəticələnib. 
Onun yerinə isə Baş nazirin müavini, Maliyyə naziri S.Məmmədov hazırlanır. Bu günlərdə onun yeni Baş nazir təyin olunacağı ilə bağlı təqdimat və sərəncam olacaq.
Qeyd edək ki, Baş nazir təyin ediləcəyi bildirilən Səbuhi Hidayət oğlu Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub. 
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirib. Maliyyə üzrə iqtisadçıdır.
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb. Ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.
2007-ci ilin yanvarından 2017-ci ilin fevralınadək Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.
6 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri, 2018-ci il noyabrın 30-dan Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini - Maliyyə naziri vəzifəsinə təyin edilib.
2012-ci ilin fevral ayında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə, Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Muxtar Respublikanın Ali Məclisinin sədrinin 30 aprel 2019-cu il tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib.
Azərbaycan Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamına əsasən, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Ailəlidir, dörd övladı var.
Naxçıvanın yeni Baş naziri kim olacaq?

Siyasi       Tarix: 15 may 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan şou biznes xəbərləri son xeberler bugun cəbhədən son dəqiqə