Nazir 2022-2026-cı illər üzrə baş verəcək əsas dəyişikliklərdən DANIŞDI
"Hazırda Baş nazirin rəhbərliyi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub".
KONKRET.az xəbər verir ki, bunu bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, strategiyanın fəlsəfəsi haqqında danışmazdan əvvəl qeyd edim ki, ölkəmizin gələcəyi üçün başlıca çağırış – ölkə iqtisadiyyatını dərindən şaxələndirməklə və onun beynəlxalq rəqabət qabiliyyətini daim artırmaqla neftdən asılılığı minimuma endirmək, iqtisadi artımın sürətini və dayanıqlılığını gücləndirmək və bu şərtlər daxilində daha yuxarı gəlirli dövlətlər qrupuna doğru irəliləməkdir:
"Bu mənada, təqdim olunmuş yeni inkişaf strategiyası layihəsi ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişikliklərin baş verməsini nəzərdə tutur. Bunlardan birincisi, dövlət sektorunun, dövlət şirkətlərinin, dövlət maliyyəsinin və iqtisadi idarəetmənin yeni keyfiyyətə transformasiyası və onun iqtisadiyyatın şaxələndirilməsinə səmərəli dəstəyini və töhfəsini təmin etməkdir".
Nazir qeyd edib ki, ikinci istiqamət üzrə iqtisadiyyatın bütün sahələrində dövlət-özəl tərəfdaşlığını genişləndirmək və dövlət layihələrinin icra olunmasına özəl sektoru fəal şəkildə cəlb etmək nəzərdə tutulur.
Mikayıl Cabbarovun sözlərinə görə, üçüncü, mühüm dəyişiklik iqtisadiyyatda fəaliyyət mühitinin, ekosistemin keyfiyyətini yaxşılaşdırmaq, özəl sektorun inkişaf stimulunu və sürətini artırmaqla bağlı olacaq.
Mikayıl Cabbarov əlavə edib ki, dördüncü əsas istiqamət insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şərait yaratmaqdır:
"Əsas ideya ondan ibarətdir ki, dövlətin iqtisadi inkişafda və investisiyalarda aparıcı rolunun mərhələlərlə özəl sektor tərəfindən əvəzlənməsi üçün iqtisadiyyatda adekvat mühit formalaşdırılacaqdır.
Məhz bu yanaşmalar strategiyanın başlıca istiqamətlərini təşkil edir. Demək olar ki, bütün dövlət qurumlarının fəal şəkildə cəlb olunduğu bu prosesdə ölkə iqtisadiyyatının bütün sahələrində strateji hədəfər, bu hədəfərə çatmaq üçün həyata keçiriləcək başlıca islahatlar və tədbirlər müəyyən olunub.
Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022-2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 faiz, o cümlədən qeyri-neft sektorunda 5 faiz səviyyəsində formalaşması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaq. Bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur.
Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji dövrün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 faiz, qeyri-neft məhsulları üzrə 4 faiz artımını proqnozlaşdırırıq. Həmçinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 faiz, qeyri-neft sənayesində 8,7 faiz, turizm sektorunda 48,2 faiz, nəqliyyatda 4,5 faiz, informasiya və rabitədə 9,5 faiz kimi bir artım göstəricilərindən söhbət gedir".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı