Nazir: 'Prezident haqsız rəqabətlə mübarizə aparmaq barədə tapşırıq verib
Prezident İlham Əliyev haqsız rəqabətin bizim üçün böyük yara olduğunu xüsusi qeyd edib və bununla mübarizə aparılması barədə tapşırıqlar verib.
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Sağlam rəqabət ölkədə iqtisadi inkişafı təmin edən əsas amillərdəndir. Ədalətli rəqabətdən, qiymətlərin azalmasından, məhsul çeşidinin genişlənməsindən təkcə sahibkarlar, dövlət deyil, həm də istehlakçılar, sadə vətəndaşlar qazanır. Rəqabətin qarşısında süni maneələrin olması bir qrup sahibkarın maraqlarına xidmət edir", - deyə nazir əlavə edib.
"İşgüzar mühitdə, xüsusilə də vergi-gömrük rejimində, sahibkarlarla ünsiyyətdə dəyişiklik olmadan rəqabətin səmərəli və effektiv şəkildə təmin edilməsi gözlədiyimiz effekti verməyəcək. Bunun sadə səbəbi var. Rəqabət bərabər şərait deməkdir. Əgər biz bu şəraiti fiskal çərçivədə vergi yükündə əks etdirə bilmiriksə, o zaman müəyyən dövrə qədər rəqabətin başqa hansı fərqli elementlərindən danışmağa dəyər? Uzun müddət idi ki, bizə Rəqabət Məcəlləsinin qəbul olunmaması ilə bağlı müəyyən suallar ünvanlanırdı. Düşünürəm ki, bu suallara əsas cavabım belə olardı", - deyə M.Cabbarov əlavə edib.
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ