Nazir: "Səkkiz yeni bərpa mərkəzi istifadəyə veriləcək
Nazir: "Səkkiz yeni bərpa mərkəzi istifadəyə veriləcək"
"Bu il səkkiz yeni bərpa mərkəzinin istifadəyə verilməsi planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, respublikamızın dörd regionunda regional bərpa mərkəzləri artıq tam şəkildə təmir olunub və istifadəyə hazırdır.
Nazir qeyd edib ki, bunlar Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki regional reabilitasiya mərkəzləridir:
"İlin sonuna qədər isə Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatı, Şirvan Əlilliyi olan şəxslərin regional Bərpa Mərkəzi, eləcə də, Qəbələ və Şəmkirdə Uşaq Bərpa Mərkəzləri vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcək", - deyə nazir diqqətə çatdırıb.
O əlavə edib ki, bu müəssisələrin istifadəyə verilməsi ilə ölkədə reabilitasiya imkanları iki dəfədən çox artırılacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb