Nazir: 'Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir

Nazir: 'Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir"Türkiyənin 100 illiyi təkcə qardaş ölkə deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyidir".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Anadolu" agentliyinə müsahibəsində deyib.
O, Türkiyənin beynəlxalq miqyasda uğurlu vasitəçilik rolunu günü-gündən artırdığını bildirib: "Türkiyə müxtəlif sahələrdə liderliyini bütün dünyaya sübut edən, tam müstəqil daxili və xarici siyasət həyata keçirən, beynəlxalq səviyyədə strateji tərəfdaşların sayını artıran dövlətə çevrilib. Bu gün qardaş ölkəmiz dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdəndir. Türkiyə uğurlu daxili və xarici siyasətləri ilə yanaşı, bütün dünyada böhranların həlli üçün müraciət edilən ölkədir".
C.Bayramov qardaş Türkiyənin son yüz ildə çox çətin proseslərdən keçdiyini xatırladıb: "Türkiyə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşib, lakin bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edib".
XİN başçısı söyləyib ki, Türkiyə G20 ölkələri arasında iqtisadi artım sürətinə görə ilk beşlikdədir.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar sayəsində son 20 ildə Türkiyənin ixracatı 10 dəfə, Ümumi Daxili Məhsulu isə 2 dəfə artıb.
Türkiyə ordusunun dünyanın ən güclü ordularından biri olduğunu vurğulayan C.Bayramov bildirib ki, qardaş ölkənin müdafiə sənayesi hər kəsi heyrətləndirməyə davam edir və bu, Türkiyənin gücünə güc qatır.
Nazir Türkiyənin iqtisadi və elmi potensialı sayəsində yeni texnologiyalar ölkəsinə çevrilməsindən də söz açıb və əlavə edib ki, Türkiyə yeni texnologiyalar istehsal edən, tətbiq edən və ixrac edən bir dövlətə çevrilib: "İlk yerli elektromobil istehsalını nümunə kimi göstərə bilərik. Əldə olunan bütün nailiyyətlər Türkiyənin gözəl gələcəyinin təminatı olacağına əminəm".

Siyasi       Tarix: 27 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün valyuta mezennesi banklar xabar az sonxeberler