Nazirdən müharibə anonsu: "Xalqımız buna hazır olmalıdır"
Mülki müdafiə naziri Karl Oskar Bolin İsveçin müharibəyə başlaya biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, Dalarna regionunda Salen hərbi bazasında keçirilən Milli Konfransda çıxışında deyib.
Nazir Rusiyanın təhdidlərinə ciddi yanaşmaq lazım olduğunu vurğulayıb:
"İsveçdə müharibə ola bilər və xalqımız buna hazır olmalıdır", – deyə o bildirib.
İsveçin 210 ildir müharibə etmədiyini xatırladan Bolin əlavə edib:
"Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada onsuz da yaxşı olmayan təhlükəsizlik vəziyyəti daha da pisləşib. Təxminən 210 ildir ki, sülh İsveç xalqı üçün xoş bir yoldaş olub. Amma bu gün hər şey dəyişib və təhlükəsizlik vəziyyəti daha da pisləşib. Məsul nazir kimi bunu İsveç xalqına izah etmək mənim məsuliyyətimdir", – deyə qurum rəhbəri qeyd edib.
O bildirib ki, İsveç hökuməti insanlarda ölkənin müharibəyə gedə biləcəyi barədə anlayış yaratmaqla ölkənin müdafiə qabiliyyətini artırmağa çalışır.
Oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi