Nazirin müşaviri: 'Azərbaycanın avtomobil parkına baxanda fəxr edirik
Azərbaycanın avtomobil parkında digər ölkələrlə müqayisədə daha yaxşı, qabaqcıl ölkələrdə istehsal olunmuş nəqliyyat vasitələri var.
"Report" xəbər verir ki, bunu Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə komitə sədri Sadiq Qurbanovun Bakıda avtomobillərdən çıxan tüstünün ətraf mühiti zəhərləməsinə dair fikrinə cavab olaraq bildirib.
"Odur ki, Azərbaycanın avtomobil parkına baxanda fəxr edirik", - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, avtomobillərdən çıxan qara tüstünün ətraf mühiti zəhərləməsi yanacağın keyfiyyəti ilə bağlıdır: "Bu məsələnin həll edilməsi üçün qanunvericilik bazası, ondan da vacibi normativ-hüquqi aktlar lazımdır. Deyə bilmərik ki, bu gün ölkədə ekoloji qanunvericilik 100 % icra olunur. Müəyyən qanunların müəyyən maddələri icra edilir. Amma bir çox hallarda bunların həyata keçirilməsi üçün külli miqdarda maliyyə vəsaiti və uzun vaxt tələb olunur. Məsələn, Xəzər dənizinin çirklənməsi, Bakıdan tullantı sularının təmizlənmədən Xəzərə axıdılması məsələsi var. Şəhərdə formalaşan tullantı sularının 60 %-i təmizləyici qurğulara yönəldilir, qalanı təmizləmə prosesindən keçməyərək ətraf mühitə və yaxud dənizə axıdılır".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"