Nazirlərdən azərbaycanlı mühəndisin öldürüldüyü hadisə ilə bağlı AÇIQLAMA
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 22-də Qvineya körfəzində dəniz quldurları tərəfindən qaçırılan gəmi ilə bağlı açıqlama verib.
Publika.az-ın məlumatına görə, M.Çavuşoğlu dəniz quldurlarının gəmidəki heyətlə bağlı hələ ki heç kimlə əlaqə saxlamadığını bildirib.
"Boden Dənizçilik" şirkətinin baş katibi Levent Karsan Nigeriya sahillərində hücuma məruz qalan gəminin Türkiyəyə məxsus olmadığını və Türkiyə bayrağı altında üzmədiyini açıqlayıb.
Karsan gəmidə öldürülən ikinci mühəndis Fərman İsmayılovun nəşinin Türkiyə Hava Yollarının təyyarəsi ilə əvvəlcə Türkiyəyə, daha sonra Azərbaycana göndəriləcəyini söyləyib.
Qeyd edək ki, qaçırılan 15 nəfərlik gəmi heyətinin hamısı Türkiyə vətəndaşıdır.
Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu məsələ ilə bağlı açıqlamasında heyətin xilası ilə bağlı fəaliyyətlərinin davam etdiyini bildirib: "Məsələ ilk saatlardan etibarən diqqətimizdədir. Ən qısa müddətdə bu quldurların əllərindən vətəndaşlarımızı xilas edəcəyik".
Zümrüd

Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Tahir Gözel bu bankın prezidenti oldu
Premyer Liqa: Bu komandalar qarşılaşır