Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi
Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi
"Bu payız ağacəkmə mövsümündə də daha çox ağac əkilməsinin təşviqi məqsədilə tinglik sahələrimizdə yetişdirdiyimiz ağac tinglərini, xüsusən Bakıda və Abşeron yarımadasında əkilməsi üçün əhaliyə əvəzsiz olaraq paylamağı planlaşdırırıq".
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova öz "Facebook" səhifəsində paylaşım edib.
O qeyd edib ki, nazirlik vətəndaşlardan bu kampaniyanın necə təşkil olunması ilə bağlı təkliflər gözləyir:
"Pandemiyadan irəli gələn karantin şərtlərinə əməl etmək zərurəti yarandığından, ağac tinglərinin əhaliyə hansı formada paylanmasının təşkili barədə düşünürük.
Xatırlayırsınızsa, ötən illərdə ağac tinglərinin paylanması aksiyalarını təşkil edirdik. Sevindiricidir ki, hər kəs ağac əkmək istədiyindən təbii olaraq kütləvilik yaranırdı.
Hesab edirəm ki, indiki şərtlərdə bu cür aksiyaların keçirilməsi uyğun deyil. Siz karantin şətlərinə əməl etməklə əhaliyə ağac paylanılmasını necə görürsünüz?", - deyə İ.İbrahimova öz "Facebook" izləyicilərinə müraciət edib. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR