Nazirlikdə YOXLAMA: Yeyintilər aşkarlandı

Nazirlikdə YOXLAMA: Yeyintilər aşkarlandıHesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin auditinin nəticələri məlum olub.
APA-nın xəbərinə görə, audit zamanı məlum olub ki, nazirlik tərəfindən xarici ölkələrdə təlim-məşq toplantıları və müxtəlif yarışlarda, həmçinin Tokio-2020 Olimpiya oyunlarında iştirakla bağlı, eləcə də müvafiq müraciətlər əsasında federasiyalara ayrılmış vəsaitlər üzərində inzibatçılıq demək olar ki, tətbiq edilməyib, vəsaitlərin istifadəsi ilə bağlı hesabatlılıq təmin olunmayıb. Belə ki, bağlanmış müqavilələr çərçivəsində federasiyalar tərəfindən təsdiqedici və əsaslandırıcı sənədlər bəzi hallarda ümumiyyətlə təqdim olunmayıb, bir sıra hallarda isə düzgün tərtib edilməyib, bəzi hallarda isə təqdim edilmiş sənədlər əsaslı olmayıb. Qeyd edilənlər, eyni zamanda Nazirliyin debitor borclarının da məbləğinin artımına təsir göstərib.
Olimpiya və idman komplekslərinin daxilolmalarla bağlı istifadə imkanlarının tam və düzgün reallaşdırılmaması, eləcə də icarə haqlarının aşağı səviyyədə müəyyənləşməsi əlavə gəlirlərin əldə edilməsi imkanlarını məhdudlaşdırmaqla idman komplekslərinin fəaliyyətinin əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmin edilməsinə səbəb olub.
Gənclər siyasətinin həyata keçirilməsi məqsədilə müxtəlif mövzular üzrə layihələrin və tədbirlərin icrası zamanı ilin sonuna istifadə edilməmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmaması məqsədilə avans məbləği ilə bağlı tələblərə əməl edilməyib, müqavilə şərtlərinin dəyişdirilməsinə yol verilib, layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənləşdirilməməsi, eləcə də mövcud potensialların dəyərləndirilməməsi əlavə vəsait istifadəsinə şərait yaradıb, bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Nazirlik tərəfindən ictimai birliklər arasında qrant müsabiqələrinin mövzusu olan məsələlərin satınalma müqavilələri vasitəsilə icra edilməsi, o cümlədən ictimai birliklərlə də belə müqavilələr bağlanılması hallarına yol verilib.

Siyasi       Tarix: 21 may 2022
f Paylaş

Oxşar xəbərlər

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler xəbərlər.com en sonxeber xeber.az 2026