Nazirlikdən işçilərin real maaşını gizlədən sahibkarlara XƏBƏRDARLIQ
Azərbaycanda minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmaması üçün ciddi nəzarət tədbirləri görür.
"Report" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2021-ci ilə dair fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdə əməkhaqqı sisteminin inkişafında ciddi irəliləyişə nail olunduğunu vurğulayıb.
O, 2019-cu ilin əvvəlində 130 manat təşkil edən minimum əməkhaqqının son 3 ildə 2,3 dəfə artırılaraq 300 manata çatdırıldığını, bu il üçün yaşayış minimumunu (210 manat) 43 faiz üstələdiyini bildirib.
İclasda iş yerlərində minimum əməkhaqqının 300 manatdan az olmaması üçün ciddi nəzarətin həyata keçirilməsinin, bununla bağlı işçilərin əmək hüquqlarının qorunmasının vacibliyi qeyd edilib.
Yeni tədbirlər planı əsasında bu istiqamətdə aparılan işlər diqqətə çatdırılıb.
Qeyd olunub ki, "Əmək müqaviləsi bildirişi" altsistemi vasitəsilə bu sahədə vəziyyətə elektron nəzarət olunur. Əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub.
Altsistemdə əmək müqaviləsində minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının qeyd olunmasına məhdudiyyət tətbiq olunub.
Bu il yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrində artıq yeni ilin ilk günündən müvafiq düzəlişlər edilməsi üçün elektron sistem vasitəsilə aidiyyəti işəgötürənlərə xəbərdarlıq mesajı da çatdırılıb.
İclasda əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də əmək münasibətləri sahəsində inzibati xətaların elektron informasiya sistemləri vasitəsilə aşkarlanması, həmin xətalarla bağlı e-qaydada inzibati icraatın tətbiqi sahəsində görülmüş işlər və Xidmətin qarşısında duran vəzifələr müzakirə olunub.
Turlar.az [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR