"Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!"- Xalq artisti qəzəbləndi
"Birini mən deyirəm, 5-ni cavab qaytarır. Özlərinin instaqram və feysbukda tulaları var".
azxeber.com xəbər verir ki, bu sözləri "Yenisabah.az"a açıqlamasında Xalq artsiti Şeyx Əbdül Mahmudbəyov deyib. O Nəfəsin gündəm olan çıxışından - şəhid şəkilləri qarşısında rəqs etməyindən danışıb:
"Mən deməkdən, danışmaqdan yorulmuşam. Artıq dövlət bu işə müdaxilə etməlidir. Bayağı və səsi olmayan müğənnilərlə doldurulan efirlərlə bağlı cinayət işi açılmalıdır. Buna şərait yaradan insanlar cəzalandırılmalıdır. Nəfəs və digərlərində günah yoxdur. Günah bizdədir ki, bu cür eybəcər hallara qarşı dinib-danışmırıq".
Xalq artisti belə müğənnilərin cəzalandırılmasını təkidlə tələb edir:
"Cəza hökmü yoxdur. Yer yiyəsiz olanda donuz təpəyə çıxır. Belə bir misal var. Ona görə də artıq bu özbaşınalığı, rüsvayçılığı, mədəniyyətimizə, musiqimizə, əxlaqımıza vurulan ziyanı sözlə yoluna qoymaq mümkün deyil. Artıq çox ciddi cəza üsulları tərtib edilməlidir. Efirlərə belə oxuyanları buraxmamaq lazımdır. Ayda bir-iki nəfər yaxşı sənəti olan şəxslər verilişlərə dəvət edilməlidir. Kütləvi sürətdə meyxanalaşmış mahnılar, ağızlarına gələn sözlər və s. bunlarla mübarizə aparmaq üçün dövlət səviyyəsində ölçü götürülməlidir. Televiziya kanallarına "dur" demək lazımdır. Pul qazanmaq üçün nə rüsvayçılıq varsa, edirlər. Milli Məclis ciddi sürətdə bununla bağlı qərar verməli, cəza üsulları təqdim edilməlidir".
Turlar.az [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür