Neft 110 dolları ötdü: Azərbaycana təsiri

Neft 110 dolları ötdü: Azərbaycana təsiriBrent markalı neftin qiyməti 20 faizə yaxın artaraq bir bareli 110 dollardan baha satılır. Bu İran müharibəsi başladıqdan sonra neftin qiymətində 30 faizlik artımın olması deməkdir. Neftin qiymətindəki artımlar birjalara da təsirsiz ötüşməyib. Qlobal resessiya riski Asiyada birjaların bu həftəni öz işinə ciddi enişlər ilə başlamasına səbəb olub.
KONKRET.az xəbər verir ki, bunu iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, ABŞ prezidenti neftin qiymətindəki artımların müvəqqəti olacağını bəyan edib:
"Onun fikrincə, müharibə başa çatdıqdan sonra yenidən qiymətlər azalaraq stabilləşəcək. Bununla belə, əksər investorlar qısa müddətli dövrdə neftin qiymətində kəskin azalmalar gözləmirlər. Belə ki, neftin qiymətinə sadəcə enerji məhsullarının 20 faizinin daşındığı Hörmüz boğazındakı çətinliklər deyil, eləcə də Yaxın Şərqdəki vəziyyət və xüsusən də hasilatın azalması təsir göstərir. Körfəz dövlətlərində hasilatda hiss edilən azalmalar qeydə alınmaqdadır. İraqda hasilat 60 faiz azalıb, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Küveyt də istehsalı aşağı salmağa məcbur olub. Digər tərəfdən, Körfəz dövlətlərində enerji infrastrukturuna dəyən ziyan hasilatın qısa zamanda bərpasına imkan yaratmır. ABŞ-ın bazara gündəlik 300–400 milyon barel əlavə neft çıxarmaq istəyinin də tarazlığı xüsusi dəyişəcəyi gözlənilmir.
Aydındır ki, müharibənin hansı müddəti və coğrafiyanı əhatə etməsi birjalara təsir edən əsas faktor olaraq qalmaqdadır. Bununla belə, savaşdan sonra müharibə zamanı dağıdılan infrastrukturun bəprası üçün tələb edilən zaman və maliyyə də diqqətdən yayınmamalıdır".
V.Bayramov qeyd edib ki, neftin qiymətindəki artımlar enerji ixrac edən dövlətlərin gəlirlərini artırsa da qlobal iqtisadiyyatda çağrışları gücləndirir:
"Bu təbii ki, Azərbaycanın da neft satışından gəlirlərinin artmasına səbəb olur. 2025-ci ildə Azərbaycanda qaz kondensatı ilə birlikdə 27,7 milyon ton neft hasil edilib. Həmin il xam neft hasilatı orta hesabla gündəlik 460 min barrel, kondensat hasilatı 111 min barrel təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 571 min barrel olub. Ötən il Azərbaycan 23,1 milyon ton neft ixrac edib.
Neftin bir barelinin qiyməti 2026-cı ilin dövlət büdcəsində 65 dollar nəzərdə tutulub. Aydındır ki, söhbət illik orta qiymətdən gedir. Bununla yanaşı, neft bazarındakı volatillik göstərir ki, Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər. Bu dövlət gəlirlərimizin və eləcə də valyuta ehtiyatlarımızın daha çox artmasına səbəb olacaq. Hətta qısa müddətli daxilolmalarda kəskin artımlar olsa da belə, regionda əməkdaşlıq və stabillikdə maraqlı olan və sülh gündəliyinə töhfə verən Azərbaycan neft bazarında dalğalanmalarda deyil, uzunmüddətli tarazlıqda maraqlıdır. Qlobal strateji bazarlarda uzunmüddətli tarazlıq isə siyasi deyil, iqtisadi faktorlar ilə müəyyənləşməlidir. Amma hələlik dünya bazarlarında siyasi faktorlar iqtisadi meyarları üstələyir".

Sosial       Tarix: 09 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən yeni xəbərlər havanın temperaturu hava proqnozu