Neft bahalaşdı – Pensiyalar artırılacaq?
"Neftin dünya bazar qiymətindəki artımlar Azərbaycanın dövlət valyuta ehtiyatlarının artmasına gətirib çıxarır. Nəticə etibarilə daha çox neftin ixrac edilməsi yüksək qiymətlər fonunda ölkəyə daha çox valyutanın daxil olması anlamına gəlir. Dövlət büdcəsinin gəlirlərinin 43 faizi enerji sektorunun payına düşür. Onun 12,8 milyard manatı Dövlət Neft Fonduna transferlərdir. 3,6 milyard manat isə birbaşa neft və qaz sektorundan daxilolmalardır".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O deyib ki, bu konteksdən neftin real bazar qiymətindəki artımlar məhz 3,6 milyard manatlıq hissəyə birbaşa təsir göstərəcək: "Təbii ki büdcə yerlərinin artması fonunda dövlət büdcəsinin prioritet istiqamətlərə, o cümlədən milli təhlükəsizliyin daha da güclənməsi, eləcə də işğaldan azad olunmuş ərazilərin bərpası və vətəndaşlarımızın sosial təminatın daha da gücləndirməsi ilə bağlı daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. Sosial təminatlar tədbirləri hər zaman prioritetdir. Baxmayaraq ki, 2025-ci ildə neftin real bazar qiyməti yüksək olmadı, ancaq cənab Prezidentin tapşırığı ilə Azərbaycanda 5-ci sosial paket reallaşdı və bu 3 milyon vətəndaşımızı əhatə etdi. Ona görə sosial təminat tədbirləri hər zaman Azərbaycanda həyata keçirilən siyasətin ana xəttidir. 2026-cı il üçün də bu istiqamətdə daha çox vəsaitin ayrılması müşahidə olunacaq".

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı