Neft kəskin ucuzlaşacaq?

Neft kəskin ucuzlaşacaq?Son dövrlər dünya bazarlarında neftin qiymətində kəskin artım müşahidə olunur. Enerji bazarında bu bahalaşma əsasən geosiyasi gərginliklər, müharibələrlə əlaqələndirilir. Müəyyən fikirlər də səsləndirilir ki, münaqişələr başa çatdıqdan sonra qiymətlərdə kəskin eniş baş verə bilər.
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hazırda qlobal bazarlarda qeyri-müəyyənlik artıq ikinci həftədir ki, davam edir:
"Hərbi əməliyyatlar yaxın həftələrdə başa çatarsa və enerji infrastrukturu zərər görməzsə, neft və qaz qiymətlərində müəyyən azalma olması labüddür. Lakin 2026-cı il, enerji bazarı üçün ötən ilə nisbətən yüksək qiymətlərlə yadda qala bilər. Bunun bir neçə səbəbi var. Birincisi, strateji ehtiyatların bazara çıxarılmasından sonra bu ehtiyatların yenidən doldurulması tələb olunacaq. Bu isə bazarda neftə əlavə tələbat yaradaraq qiymətləri 70 dollardan baha dəhlizdə saxlaya bilər. İkincisi, qlobal iqtisadiyyatın enerji tələbatı hələ də artmaqdadır və xüsusilə Asiya regionu neft və qaz istehlakının əsas artım mənbəyi olaraq qalır. Üçüncüsü isə geosiyasi risklərin tam aradan qalxmaması ehtimalıdır. Yaxın Şərq qlobal enerji sisteminin ən kritik bölgələrindən biri olaraq qalır və regionda hər hansı eskalasiya bazarlara dərhal təsir edir. Ona görə də bazarda stabilliyin nə zaman əldə edilməsinin qiymətlərə təsiri vacib amil olaraq qalacaq".

Sosial       Tarix: 14 mart 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xeber cəbhədən son görüntülər hava proqnozu xeberler