Neft qiymətləri: "Apreldə necə olacağı bilinmir"

Neft qiymətləri: "Martın 30-da London Fond Birjasında "Brent" markalı neftin qiyməti 114 dollar idi. Sonra 111 dollara düşdü və son olaraq 113 dollar oldu. Tarixdə heç vaxt birjalarda qiymətlər indiki kimi bu qədər sürətli dəyişməyib".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, növbəti günlərdə neft qiymətlərinin hansı dinamikada dəyişcəyini demək çox çətindir:
"Neftin ən bahalı və ən ucuz partiyası arasında 119,5 dollardan 83 dollara qədər qiymət dəyişimi olub. Bir neçə həftə sonra neft qiymətlərinin necə dəyişəcəyini konkret demək də çətindir. Çünki ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı, yaxud səsləndirdiyi hər hansı bəyanat bazarda təlatüm yaradır. Hazırda dünya bazarındakı qiymətlərə nə OPEC, nə də OPEC+ təsir edə bilir. Bu baxımdan, neft qiymətlərinin artacağı, yaxud azalacağını demək çox çətindir".
Ekspert vurğulayıb ki, cari ilin ilk 2 ayında Azərbaycan neftinin orta ixrac qiyməti təxminən 63,95 dollar olub:
"Dövlət büdcəsinə dəyişikliklərə gəlincə, indiyədək hansısa qurum büdcənin ilk rübündə, hər bir ay üzrə nəzərdə tutulan real ixrac qiymətlərini elan etməyib. Sadəcə Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarına əsasən, yanvar və fevralda Azərbaycan neftinin orta ixrac qiyməti 63,95 dollar olub. Yəni orta qiymət kimi nəzərdə tutulan 65 dollardan belə az olub. Martda isə bu qiymət daha yüksək oldu. Lakin apreldə vəziyyətin necə olacağı bilinmir".
İ.Şaban qeyd edib ki, 2026-cı ilin birinci rübü üzrə orta ixrac qiyməti 80 dollar ola bilər:
"Təxmin edirəm ki, mart ayı üzrə orta qiymət 100 dollar civarındadır. Beləliklə, 2026-cı ilin birinci rübü üzrə 80 dollar orta ixrac qiyməti sayıla bilər. Bu barədə tam dəqiq rəqəmləri aprelin ortasında biləcəyik. Ancaq bu o demək deyil ki, həmin qiymətlər stabildir. Neftin dəyəri ona görə bahadır ki, qiymətin üzərinə müharibə riskləri gəlir. Sabah müharibə bitərsə, neftin satış qiyməti əvvəlkinə qayıtmasa da, onun ətrafında olacaq. Müharibədən öncə neftin qiyməti 70 dollar idi. Müharibə bitdikdən sonra isə təxminən 75-80 dollar civarında ola bilər. Bu, dünyadakı mövcud şəraitdən, siyasi və iqtisadi stabillikdən asılıdır".
Qeyd edək ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,81 ABŞ dolları və ya 3,07% artaraq 128,05 ABŞ dolları olub. Neftin əvvəlki qiyməti 124,24 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Sosial       Tarix: 01 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda daha bir yolda təmir işlərinə başlanılır

Bakının Binəqədi rayonunda Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində, həmçinin Suraxanı rayonunda Elzar Yusubov küçəsində təmir işləri aparılır. bu barədə Azərbaycan Avtomobi

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou gunun xeberleri kriminal bugun sonxeber.az