Neft qiymətləri artır, bəs manatı nələr gözləyir? - MÜHÜM AÇIQLAMA

Dünya enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə neftin qiymətində müşahidə olunan kəskin artım fonunda neft ixracatçısı olan ölkələrin iqtisadi gələcəyi yenidən diqqət mərkəzinə çevrilib. Qlobal bazarlarda qiymətlərin yüksəlməsi ilk baxışdan bu ölkələr üçün əlavə gəlir imkanları yaratsa da, prosesin arxa planında həm makroiqtisadi risklər, həm də uzunmüddətli struktur problemlər dayanır. Bu baxımdan, neftin bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirləri yalnız cari gəlirlərlə məhdudlaşmır, eyni zamanda inflyasiya, valyuta sabitliyi və iqtisadi diversifikasiya kimi mühüm məsələləri də gündəmə gətirir. Bəs artan neft qiymətləri Azərbaycan üçün daha çox fürsət yaradır, yoxsa yeni risklər formalaşdırır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, neftin bahalaşması ilk növbədə Azərbaycanın büdcə gəlirlərinin və Dövlət Neft Fondunun daxilolmalarının artmasına səbəb olur.
Neft qiymətləri artır, bəs manatı nələr gözləyir? - MÜHÜM AÇIQLAMA"2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar götürüldüyü halda, hazırda dünya bazarında qiymətlər 100 dollardan yuxarı səviyyədə formalaşır.
Qiymətlərin uzun müddət yüksək qalması dövlət gəlirlərini artırmaqla yanaşı, iri investisiya layihələrinin genişlənməsinə də şərait yaradır. Bu isə öz növbəsində yeni iş yerlərinin açılmasına, iqtisadi aktivliyin yüksəlməsinə və ümumi daxili məhsulun artmasına təkan verir".
Bununla yanaşı, ekspert vurğulayıb ki, neftin bahalaşması qlobal miqyasda xərclərin artmasına da səbəb olur.
"Nəticədə idxal məhsullarının qiyməti yüksəlir ki, bu da ölkə daxilində inflyasiya risklərini artırır. Bu proses milli valyutaya da təzyiq göstərər və xarici təsirlərin iqtisadiyyata ötürülmə gücünü artırar.
Neftin qiymətinin qısa müddətdə yüksək olması Azərbaycan üçün daha çox faydalıdır. Lakin uzun müddət yüksək qiymətlərin davam etməsi həm inflyasiya risklərini, həm də makroiqtisadi sabitlik üçün təhdidləri artırır".
Ekspert hesab edir ki, bu risklərin qarşısını almaq üçün hökumət tərəfindən qabaqlayıcı və hibrid maliyyə-strateji tədbirlərin həyata keçirilməsi vacibdir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 19 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda toy ənənəsi dəyişir - Bahalı müğənnilər toylara dəvət olunmur…

Toyların sayında müşahidə olunan kəskin azalma toy sənayesini yeni reallıqlarla üz-üzə qoyub. Hazırda şadlıq sarayları, musiqiçilər, gəlinlik salonları, fotoqraflar maliyyə böhranı ilə üz-üzədirlər. Şadlıq sarayları böhranda

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu haqda Mill

Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bakalavrlar müsabiqənin nəticələri haqqınd

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər qarabag xeberler bugun 2026 valyuta məzənnələri