Neftçala rayonunda ilkin olaraq əl ilə pambıq yığımına başlanılıb - FOTO
Ölkə başçısının kənd təsərrüfatı sahəsinə olan diqqət və qayığısını, tapşırıq və tövsiyələrinin davamı olaraq bu il Neftçala rayonunda 5972 hektar sahədə pambıq əkilib və becərilib.
Neftçala rayon İcra hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, təbii proseslərə görə əkin sahələrinin suvarılmasında suyun şor olmasına baxmayaraq vaxtında suvarma suyu ilə vaxtında təminat həyata keçirilib. Əkilmiş pambıq sahələrinin becərilməsində yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin olunub. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.
07 sentyabr 2020-ci il arixində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və Neftçala rayonunda fəaliyyət göstərən "MKT İstehsal Kommersiya" MMC, "Azərpambıq" MMC, "P-Agro" MMC şirkətlərinin nümayəndələrinin iştirakı ilə pambıq sahələrinə baxış keçirib və ilkin olaraq pambığın əl ilə yığımına start verilib. Sahədə fermerlə də görüş rayon icra hakimiyyətin başçısı Mirhəsən Seyidov fermerləri narahat edən məsələləri müzakirə edib, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib. Pambıq yığımında rayon icra hakimiyyətinin xüsusi nəzarətinin gücləndirilməsi, gündəlik mövcud qrafiklərin hazırlanması, fermerlər arasında ədalət meyarının qorunması məsələsinə xüsusi diqqət çəkilib. Sahələrdə defolyasiya işləri aparıldıqdan sonra isə pambıqyığan kombaynlarla pambıq yığımına şəkildə başlanılacağı tarixlərə xüsusi nəzarətin həyata keçirilməsi tapşırılıb. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlərin, pambıqyığan kombaynların hazır vəziyyətə gətirilməsi tapşırılıb.
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar