Neftin bahalaşması iqtisadi sabitliyə belə təsir göstərəcək - DETALLAR

Neftin bahalaşması iqtisadi sabitliyə belə təsir göstərəcək - DETALLARQlobal tədarük zəncirindəki pozuntular və dünya bazarında neftin qiymətinin artması fonunda enerji ixrac edən ölkələr, o cümlədən Azərbaycan əlavə gəlirlər əldə edir. Lakin bu müsbət tendensiya ilə yanaşı, artan logistika xərcləri, geosiyasi gərginliklər və idxal qiymətlərinin yüksəlməsi daxili bazarda yeni iqtisadi təzyiqlər yaradır.
Bəs neftin bahalaşması Azərbaycan üçün qazanc gətirsə də, bu proses ölkə daxilində qiymətlərin artmasına və iqtisadi sabitliyə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, dünya bazarında neftin bahalaşması Azərbaycanın proqnozlaşdırılmış gəlirlərinin artmasına səbəb olub.
Neftin bahalaşması iqtisadi sabitliyə belə təsir göstərəcək - DETALLAR"Bu artım həm Dövlət Neft Fondunun, həm də neft ixracından formalaşan dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərir. Xüsusilə, cari il üçün nəzərdə tutulmuş baza qiymətdən daha yüksək neft qiymətləri ümumi gəlirlərin yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda Yaxın Şərqdə baş verən hadisələr, uzun müddətdir davam edən Rusiya–Ukrayna müharibəsi və ABŞ–İran arasında gərginlik qlobal ticarət zəncirinə ciddi təsir göstərir. Bu faktorlar logistika marşrutlarının uzanmasına, daşınma xərclərinin artmasına və ümumilikdə dünya ticarətində aktivliyin zəifləməsinə səbəb olur".
R.Abbasbəylinin sözlərinə görə, neftin bahalaşması yalnız enerji sektoruna deyil, aqrar, sənaye və metallurgiya sahələri də daxil olmaqla, demək olar ki, bütün istiqamətlər üzrə qiymət artımını stimullaşdırır.
"Bu isə qeyri-neft məhsullarının idxalından asılı olan Azərbaycan kimi ölkələr üçün əlavə çətinliklər yaradır və nəticədə daxili bazarda bahalaşma təzyiqlərini artırır.
Hazırda Azərbaycanda kəskin qiymət artımı müşahidə olunmur. Bunun əsas səbəbi əvvəlcədən idxal edilərək ehtiyat kimi saxlanılan məhsulların mövcudluğudur. Bu amil qısa müddətdə bazarda qiymət sabitliyini qorumağa imkan verir".
Lakin ekspert xəbərdarlıq edib ki, mövcud geosiyasi gərginliklərin davam etməsi və ya daha da dərinləşməsi halında vəziyyət dəyişə bilər.
"Münaqişələrin uzanması, logistika problemlərinin artması və tədarük zəncirindəki fasilələrin davam etməsi yaxın aylarda Azərbaycanda ərzaq və sənaye məhsullarının qiymətlərində yeni bahalaşma dalğasına səbəb ola bilər".
Beləliklə, neft gəlirlərinin artması qısa müddətdə iqtisadi sabitliyə dəstək versə də, qlobal risklər fonunda idxaldan asılılıq Azərbaycanın daxili bazarında qiymət artımı ehtimalını gündəmdə saxlayır.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 08 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xəbərlər bugün cəbhədən son görüntülər en son xeberler