Neftin qiyməti bir günün içində niyə bu qədər ucuzlaşdı? - İLGİNC SƏBƏBLƏR - ÖZƏL

Neftin qiyməti bir günün içində niyə bu qədər ucuzlaşdı? - İLGİNC SƏBƏBLƏR - ÖZƏLDünənə qədər 139 dollara qədər yüksələn Azərbaycan neftinin qiyməti bir gün ərzində 118 dollara düşüb. Müharibənin davam etdiyi və Rusiyaya qarşı sanksiyaların artdığı bir vaxtda neftin qiymətinin anidən bu qədər enməsi maraq doğurub. Bəs neftin qiymətinin düşməsinin səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Elman Sadıqov bildirib ki, hazırda birjalarda müsbət abu-hava hökm sürür. Bunun bir neçə səbəbi var: "Birincisi Türkiyədə Ukrayna və Rusiya XİN rəhbərləri görüşüb. İkincisi Zelenskinin "NATO-dan artıq soyudum" fikirlərini səsləndirməsi faktoru müəyyən rol oynayıb. Bazarlar  hər iki tərəfin barışmaz mövqelərindəki müəyyən yaxınlaşmaları qiymətləndirməyə başlayıblar. Bütün bunlar bazara təsir edən siyasi məsələlərdir. Amma burada iqtisadi faktorlar da mövcuddur. Artıq analitiklər soyuq başla dəyərləndirmə aparırlar və belə qənaətə gəlirlər ki, dünyanın neft bazarı təkcə Rusiyanın "qara qızılından" asılı deyil. Əgər OPEC+ ölkələri azaldılmış neft istehsalını artırsa, yaxud Liviya və İraq həcmi çoxaltsa, o cümlədən İranın məhsulu bazara daxil olsa, bu zaman mövcud vəziyyəti konpensasiya etmək mümkünləşər. Rusiyanın neftini əvəzləmək asandır, qazla bağlı isə vəziyyət bir qədər mürəkkəbdir. Amma bazarı dəyərləndirmək ən önəmli məsələdir".
Neftin qiyməti bir günün içində niyə bu qədər ucuzlaşdı? - İLGİNC SƏBƏBLƏR - ÖZƏLElman Sadıqovun sözlərinə görə, Venesuela 300 milyard barel neft ehtiyatı ilə dünyada liderdir: "Ondan sonra isə Səudiyyə Ərəbistanı (ehtiyyatları Venesueladan 1,5 dəfə azdır) gəlir. Venesuela neftinin bazara daxil olması dünyada "qara qızıl" bolluğunun mövcudluğu deməkdir. Burada artıq təklif tələbi kifayət qədər üstələyəcək. Artıq Venesuela ilə ABŞ arasında müəyyən danışıqların olması ilə bağlı da söhbətlər var. Neft həm istehlak məqsədilə, həm də strateji ehtiyyatlar üçün alınır. Strateji ehtiyatlar qışa hazırlıq və ya neftin qiymətinin, eləcə də tələbin artması ehtimalı çox olanda yığılır. Hazırda qış fəslindən çıxmışıq və yaza doğru gedirik. Kifayət qədər ucuz qiymətə neft ehtiyyatları yığılıb. Amerika özünün strateji neft ehtiyatlarından 90 milyon barelə yaxın "qara qızıl" satacağını elan edib. Yəni bu rəqəm təxminən 15-16 gün Rusiyanın bazara çıxardığı nefti konpensasiya edə bilər. Bu müddət isə Venesueladan və ya istehsalı azalmış ölkələrdən, o cümlədən də İrandan müəyyən qədər nefti dünya bazarına çıxarmağa kifayətdir. Yəni bazarlar artıq bunu dərk edirlər. Yaranmış pozitiv əhval-ruhiyyə qiymətlərin aşağı düşməsinin əsas səbəbidir".
İqtisadçı əlavə edib ki, əgər bundan sonrakı proseslər neqativə köklənsə və vəziyyət gərginləşsə, o zaman neftin qiyməti yenə qalxacaq: "Hazırda bazarda müsbət abu-hava hökm sürür. Dünya təkcə Rusiya neftindən asılı olmadığını anlamağa başlayıb. Onun nefti əvəzləməyə hər bir imkanı var. Bütün bu məsələlər onu göstərir ki, neftlə bağlı ciddi narahatlıq yoxdur".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 11 mart 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər cəbhədən ən son xəbərlər butun xeberler valyuta mezennesi banklar