Neftin qiymətləri 100 dollar səddini keçə bilərmi? - ŞƏRH

Neftin qiymətləri 100 dollar səddini keçə bilərmi? - ŞƏRHNeftin qiymətləri 100 dollar səddini keçə bilərmi? - ŞƏRH
Hazırda neftin dünya bazarındakı qiyməti artmaqda davam edir. Bu "Azeri Light" markalı Azərbaycan neftinin qiymətinə də təsir edir. Bazarda nikbin proqnozlar hökm sürür. Nəzərə alsaq ki, dünyanın alternativ enerjiyə keçid etdiyi bir dövrdə yaşayırıq, bunun fonunda neft nə dərəcədə bahalaşmağa davam edə bilər? Üstəlik, bazar bu gün bəzi faktorlara asılı şəkildə formalaşır. Xüsusilə də, gündəlik və dövri proseslər də neft qiymətlərində drayver rolunu oynayır. Bütün bu hallarda neft əvvəlki şöhrətini bərpa edə bilərmi?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a açıqlamasında məsələyə bir neçə aspektdən yanaşıb.
Neft qiymətləri 2020-ci ilin 8 yanvar tarixindən bu yana ən yüksək həddədir
Hazırda neftin bir barelinin qiymətinin 68 ABŞ dollarına yaxınlaşdığını deyən ekspert bildirib ki, ümumilikdə, dünya bazarında neft qiymətləri ilə bağlı pozitiv ab-hava mövcuddur:
"Bu proqnozların səbəbi isə ondan qaynaqlanır ki, birjalar müəyyən neqativlikləri artıq arxa planda qoyublar. İlk növbədə koronavirusa qarşı vaksinasiya prosesinin icrası, Hindistan kimi bir ölkədə yanacağa (xüsusilə, benzinə) olan tələbatın artması ilə əlaqədar statistikanın açıqlanması, Avropada COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlətin yumşaldılması və s. bu kimi səbəblər mövcuddur. Bazarın isə hazırda kökləndiyi məsələ budur: Tədricən post-pandemiya dövrünə keçid edirik və yumşalmalar enerjiyə olan tələbatı artıracaq".
Neftin qiyməti 70 ABŞ dollarını da ötə bilər...
Ekspertin sözlərinə görə, martın 4-də OPEK+ iştirakçıları aprelin 1-dən etibarən hasilat həcmləri ilə bağlı qərar verməlidirlər:
"Hasilatı fevral və mart aylarındakı səviyyədə saxlasalar, neftin bir barelinin qiyməti 70 ABŞ dollarını da ötə bilər. Yaxud onlar yeni kvotalar müəyyənləşdirə bilərlər və artıq hasilat bir qədər artırılmalıdır ki, bu da bazarda qiymət artımını səngidəcək. Nəzərə alsaq ki, ABŞ-da gündəlik neft hasilatı 3,5 milyon barel azalıb, bu bazara təsirsiz ötüşmür. Lakin, proses həmişə belə davam etməyəcək. Mövsümi dəyişikliklərə görə, hazırda işləməyən quyular yenidən işə düşəcək. Mart ayında bu neft quyularının işə düşməsi özünü statistikada büruzə verəcək və neft qiymətləri ilə bağlı birjalarda "yaşıl"ları "qırmızı"lar əvəz edəcək".
Əgər...
İlham Şabanın sözlərinə görə, fors major hallarda neftin bir barelinin qiyməti 100 dollar həddini ötə bilər:
"Gün ərzində hər hansı bir partiya 80 və ya 100 dollara da satıla bilər. Əgər, İran Səudiyyə Ərəbistanın hansısa yatağını raketlə vursa, bundan sonra hamıda belə bir düşüncə yaranacaq ki, Dünya Müharibəsi olmasa da, ən azından Körfəz Müharibəsi başlayacaq və həmin anda neftin qiyməti 100 dollara qədər arta bilər. Lakin, İran bir müddət sonra bunun bir səhv olduğunu deyir və üzr istəyir. Bununla da neft yenidən 60 dollara satılmağa başlayır. Yəni, hər şey ola bilər. Fors major şəraitində bu kimi hallar baş verə bilər. Lakin, biz məsələyə bir qədər soyuqqanlı yanaşmalıyıq.
Əslində, neftin bir barelinin qiymətinin 80-100 dollar olması ilə bağlı proqnoz bir gün üçün verilir. "Goldman Sachs" deyir ki, neftin qiyməti 100 dollar ola bilər. Ancaq nə vaxt? Bir neçə ildən sonra. Ola da bilər, olmaya da bilər. Bu proqnozlar sadəcə sektoru kreditləşdirmək üçün ümid verir və müştəri cəlb edir.
Fikrimcə, normal analitik mərkəzin proqnozunda xəta 5 faizdən artıq ola bilməz. Lakin, indi neft qiyməti üçün 45-65 dollar, hətta, 60-80 dollar arasında proqnoz verirlər.  40-50 faiz arasında xəta ilə Azərbaycanda istənilən iqtisadiyyatdan yazan jurnalist proqnozlar verə bilər".
Bəs, sonra...
İlham Şaban qeyd edib ki, BP şirkətinin hesabatına əsasən, 2025-ci ilə qədər neftin orta qiyməti 50-60 dollar arasında dəyişəcək:
"Bu arada kimsə neftin bir partiyasını 500 dollara da sata bilər. Lakin, bunun illik qiymətə heç bir aidiyyatı yoxdur. Digər tərəfdən düşünmək lazımdır ki, neftin qiymətinin 100 dollar olması Azərbaycana nə verəcək? Yəni, belə olduğu halda hər hansısa bir proqram tətbiq ediləcəkmi? Bəli, bu dövlətə kifayət qədər gəlir gətirəcək. Bəs, sonra? Ona görə də, biz neft qiymətlərindən daha çox vəsaitlərin səmərəli xərclənməsi məsələsinə diqqət ayırmalıyıq".
Nigar Məmmədova

Sosial       Tarix: 27 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az