Nərimanov Tibb Mərkəzində nə baş verir? - Həkimlər etiraza qalxdı

Nərimanov Tibb Mərkəzində nə baş verir? - Həkimlər etiraza qalxdıNərimanov Tibb Mərkəzinin həkimləri və tibb işçiləri KONKRET.az-a şikayət ünvanlayıb.
Müəssisənin əməkdaşları bildirib ki, direktor Fazil Alməmmədov məcburi şəkildə həkimləri növbə ilə 10 günlük Xankəndi xəstəxanasına göndərir. Personal deyir ki, lakin getmək istəməyənləri işdən azad etməklə hədələyir. "Mərkəzimizin həkimlərindən bir heyəti artıq 10 günlük Xankəndi xəstəxanasına göndəriblər. İndi növbəti qrupu göndərirlər. Bu proses nə qədər davam edəcək, bilmirik", – deyə işçilər qeyd edir.
Onların sözlərinə görə, göndərilən həkimlərin hamısı ailəli qadınlardır və artıq hər birinin ailəsində bununla bağlı ciddi problemlər yaşanır:
"Biz bir şeyi anlaya bilmirik ki, nəyə görə məhz biz – Bakının Nərimanov rayonunda çalışan həkimlər Xankəndi xəstəxanasına ezam olunuruq? Axı nə üçün 180 min əhalisi olan Bakının mərkəzi rayonlarından biri – Nərimanovun dövlət xəstəxanasının həkimləri evindən 400 km uzaqda yerləşən Xankəndi xəstəxanasına məcburi şəkildə göndərilirik? Hamımızın ailə-uşağımız var. Ailəmizi Bakıda qoyub necə gedə bilərik axı? Belə haqsızlıq olmaz!", – deyə tibb işçiləri etiraz edir.
Məsələni dəqiqləşdirmək üçün Nərimanov Tibb Mərkəzi ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, bununla bağlı Nərimanov Tibb Mərkəzi olaraq TƏBİB-ə yazılı məlumat verilib və elə sözügedən qurum da mövqe bildirməlidir. Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğumuzsa cavabsız qaldı.
Problemin hüquqi tərəfinə gəlincə, hüquqşünas Rəsul Cəfərov bildirib ki, bu məsələdə üstünlük işəgötürəndədir:
Nərimanov Tibb Mərkəzində nə baş verir? - Həkimlər etiraza qalxdı"İşəgötürən işçini müqavilə ilə işə götürdüyü zaman tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənən münasibətlər daxilində, yəni o müqavilədə tərəflərin öz üzərinə götürdüyü hüquqlar və vəzifələr daxilində ezamiyyətə göndərmək haqqıdır. Bu həm Əmək Məcəlləsindən, həm də digər qanunvericilik aktlarından irəli gələn yanaşmadır. Hətta Əmək Məcəlləsində müəyyən maddələr var ki, orada konkret kateqoriyadan olan şəxslərin ezamiyyətə göndərilməsinə yol verilmir. Yəni belə bir müddəanı özündə əks etdirən maddələr var. Tutaq ki, hamilə qadınlar və üç yaşına çatmamış uşağı olan qadınlar heç bir halda ezamiyyətə göndərilə bilməzlər. Yəni onların ezamiyyətə göndərilməsi qadağandır".
Ekspertin fikrincə, lakin işəgötürən işçini eyni vəzifələri, öhdəlikləri yerinə yetirməsi üçün işgüzar xidmətdən irəli gələrək ezamiyyətə göndərirsə, işçi bunu qəbul erməlidir:
"Burada bir məqam da nəzərə alınmalıdır ki, ezamiyyət bir qayda olaraq müvəqqəti olur. Yəni ezam sənədlərində həm getmə, həm qayıtma, yaxud da qayıtma ehtimal olunan tarixlər göstərilməlidir. Və işçiyə onun ezamiyyətdə olduğu bütün dövrlər ərzində həm vəzifə əməkhaqqısı saxlanılmalı, həm də ezamiyyət pulu verilməlidir. Bütün bunlar isə Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Məsələn, Bakı və Abşeron bir tarifdir, onun konkret gündəlik ezamiyyət məbləği var. Naxçıvanın ayrıca bir tarifi var, Sumqayıt və Gəncənin də ayrıca tarifi var. Və adını sadaladığım bu regionlardan kənarda digər ərazilər üçün standart, hər günə hesablanan bir məbləğ var ki, müddətindən asılı olmayaraq işəgötürən işçiyə maaşından əlavə həmin ezamiyyət ödənişini də etməlidir. Və əgər həmən ezamiyyət ödənişləri edilmirsə, burada işəgötürən hüquqları pozmuş olur. Belə olan halda da işçinin haqqı var ki, həmin ezamiyyətdən imtina etsin və ümumiyyətlə, ezamiyyət pullarının verilməsi ilə bağlı məhkəməyə müraciət etsin".
Rəsul Cəfərov hesab edir ki, normalda işəgötürən bunu hədə kimi etməməlidir:
"Düzdür, qanunvericilikdə xəbərdarlıq məsələsi var, yəni işəgötürən işçini xəbərdar edə bilir. Amma bu formatda yox. Buna hüquqda yol verilmir. Amma nəticə etibarilə işçi davamlı olaraq işəgötürənin həmin işçini ezamiyyətə göndərməsi ilə bağlı çağırışlarına, tapşırıqlarına əməl etməsə, işəgötürən həmən işçini çıxarıb onun yerinə başqa bir əməkdaş işə götürə bilər və bunu bu şəkildə əsaslandırsa, məhkəmədə də işəgötürən haqlı tərəf olacaq", – deyə hüquqşünas fikrini tamamlayıb.
Mərahim Nəsib,
KONKRET.az

Sağlamlıq       Tarix: 06 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər sosial yardim krimnal xeber azerbaycanda son xeberler