Enerji içkiləri bu xəstəliklərə SƏBƏB OLUR
Enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə mənfi təsir göstərir. Onlar şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərə səbəb ola və qocalmanı sürətləndirə bilər.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə diyetoloq, psixoterapevt, professor Mixail Qinzburq məlumat verib.
"Enerji içkiləri üç əsas istiqamətdə təhlükə yaradır: ürək-damar və sinir sisteminə, həmçinin maddələr mübadiləsinə mənfi təsir göstərir, şəkərli diabetin inkişaf riskini artırır. Onlar xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Yeniyetmələrin ürək-damar sistemi hələ tam formalaşmayıb və buna görə də, enerji içkilərinə qeyri-adi dərəcədə kəskin reaksiya verə bilərlər – məsələn, ürək döyüntüsünün sürətlənməsi və təzyiqin yüksəlməsi. Ürək-damar sistemi üçün belə təsir kifayət qədər ciddi ola bilər", – deyə Qinzburq izah edib.
Enerji içkilərində yüksək miqdarda şəkər olduğu üçün onların həddindən artıq istifadəsi də təhlükəlidir.
"Qida rasionunda şəkərin həddindən artıq olması qocalmanı sürətləndirir və şəkərli diabet, ateroskleroz kimi maddələr mübadiləsi xəstəliklərinə, həmçinin ağız boşluğu problemlərinə səbəb ola bilər. Enerji içkilərindəki şəkər orqanizm tərəfindən sürətlə sorulur və bu da onun zərərli təsirini daha da artırır. Kofeinin beyin fəaliyyətinə təsiri nəticəsində isə insanlarda narahatlıq hissi və yuxusuzluq yarana bilər", – ekspert bildirib.
Qeyd edək ki, mütəxəssislər dörd və daha çox banka enerji içkisi qəbul etməyin ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı