Nərimanovda yanğın: 10 nəfər təxliyə edildi - YENİLƏNDİ
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirlikdən verilən KONKRET.az–a məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının şaxtasında baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtası boyunca 51p.m elektrik kabelləri, 16 ədəd plastik şaxta qapısı, 5 ədəd qoruyucu açar və liftin idarəetmə lövhəsi yanıb.
Mənzillər yanğından mühafizə olunub.
***
Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə KONKRET.az–a FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın baş verib.
KONKRET.azxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə yerinə nazirliyin yanğından mühafizə bölmələri cəlb edilib.
Hazırda yanğın söndürülüb.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi