Nərminin əmisi oğlu dindirildi - YENİ DETALLAR VAR

Nərminin əmisi oğlu dindirildi - YENİ DETALLAR VARGəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
azxeber.com Trend-ə istinadən bildirir ki, prosesdə Nərminin əmisi oğlu Ayxan Quliyev dindirilib.
Ayxan Quliyev bildirib ki, 10-yaşlı Nərmin itkin düşdüyü gün öncə əmisi Arif Quliyevgilə gedib, atasının göndərdiyi sellofan torbadakı gödəkçəni verib. Ardınca da üzbəüzdə - təxminən 15 metr məsafədə yaşayan digər əmisi Lətif Quliyevgilə keçərək, orada atası Şərifə aid gödəkçəni götürməyə gedib. Orada Ayxandan atasının gödəkçəsini alıb. Ondan sonra da azyaşlı qız itkin düşüb.
Daha sonra prosesdə ifadə verən Nərminin əmisi arvadı Nailə Quliyeva qayını qızının geyimləri haqda danışıb.
"Nərmin itkin düşdüyü gün - 19 noyabr 2019-cu ildə öncə bizə gəldi. Əlində göy paket vardı. Dedi ki, əmi, sənin kurtkandı, atam göndərib, gedirəm nənəmgildən anamın kurtkasını da götürüm, gedim. Qayınanam o biri qayınımgillə qalır, evləri yolun o biri üzündədi. Saat yarım sonra bacısı Şəbnəm gəldi ki, Nərmin evə gəlib çıxmayıb. Axşam qayınımın oğlu dedi ki, Nərmin itib", - Nailə Quliyeva bildirib.
Onun sözlərinə görə, 47 gün sonra - 2020-ci il yanvarın 6-da əri Arif Quliyev qardaşı qızının paltarlarından tanıyıb: "Polislər yaxına buraxmırdı, 10-15 metrdən gördü. Paltarlarından tanıdı. Ayağındakı idman ayaqqabısına oxşayırdı. Ayaqqabı olub, cins şalvar, "rozıvıy" kurtka, papaq, qırmızımtıl köynək".
Vəkillərin meyiti kimin yuması ilə bağlı sualına qadın ziddiyətli cavablar verib.
"Uşağın bibiləri meyiti yumağa getmişdi. Meyiti kimin yuduğunu bilmirəm, görməmişəm" - şahid bildirib.
Məhkəmə prosesi martın 9-da Nailə Quliyevanın dindirməsilə davam edəcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Sosial       Tarix: 03 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum bu gunun xeberleri haqqinda melumat iqtisadiyyat xeberleri bugun sou xeberler bugun