Nəsimi və Ceyhunun son durumu AÇIQLANDI
Artıq 40 gündür mərkəzdə müalicə alan tanınmış aparıcı Nəsimi Nəbizadə fiziki cəhətdən çox dəyişib və əhəmiyyətli irəliləyiş əldə edib.
KONKRET.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib.
"Nəsiminin vəziyyəti hələ stabil deyil. Metanfetamin istifadəçiləri adətən ilk üç ayda qaçmağa meyilli olurlar, biz də bunu nəzərə alırıq və ciddi nəzarət edirik. Həmçinin belə xəstələrdə müəyyən dərəcədə şizofrenik hallar yaranır. Bu səbəbdən onların psixoloji bərpası üçün vaxt tələb olunur. Təxminən üç ay ərzində tədricən bərpa olunur", – o qeyd edib.
Salmanov bildirib ki, alkoqol asılılıqları olanlarla bağlı proseslər də uzun çəkir və onların adaptasiyası asan olmur:
"Bu baxımdan Ceyhun Əsgərovdan da narahat idik, amma onun müalicəsi uğurla davam edir. Ceyhunda irəliləyiş daha çoxdur. O, alkoqolizmin bütün mənfi tərəflərinin şahidi olub, indi isə sağalmaq və fəaliyyətinə qayıtmaq istəyir. Hələ onun tam sağaldığını düşünmürük".
Onun sözlərinə görə, Ceyhun və Nəsimi tam sağaldıqdan sonra onlar üçün "Qurtuluş Media" adlı Yutub kanalı yaradılacaq və bu platformada işlə təmin olunacaqlar:
"Onların vasitəsilə cəmiyyətə bu bəlanın təhlükəsini çatdırmaq, insanları maarifləndirmək istəyirik. Hər ikisinə söz vermişəm".
Ceyhun Salmanov qeyd edib ki, hər Zəfər bayramında ödənişsiz müalicəyə götürdüyü şəxslərin toyunu təşkil edir:
"Məsələn, Rəşad Rzayev adlı keçmiş xəstəm 14 yaşından 21 yaşına qədər narkotik istifadəçisi olub. Bizim mərkəzə gələndə vəziyyəti çox ağır idi. Sağaldıqdan sonra toyunu təşkil etdik, hətta toydan yığılan pulu da onlara verdim ki, yeni ailə qururlar, ehtiyacları olar. İndi övladı dünyaya gəlmək üzrədir. İnşallah, gələn Zəfər günündə də Nəsimi Nəbizadənin toyunu etmək arzusundayam".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Nuran yeni layihəsini təqdim etdi
Prezident polşalı həmkarına məktub göndərdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil
Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
Şimali Kiprin tanınması üçün... - Ərdoğan