Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm"

Falçının məhkəməsində zərərçəkən danışdı: Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəsi ilə davam edib.
Zərərçəkən B.S ailə probleminə görə G. Novruzovaya müraciət etdiyini bildirib:
"Günay mənə dedi ki, sənin özünə də əməl olunub, onu sənin ruhundan təmizləyə bilərəm. Bunun üçün ona 1200 manat pul verdim. Sonra dedi ki, "bu azdır, mən işimi qızılla görürəm. Amma ağ yox, sarı qızıl verməlisən". Bu qadına ümumilikdə 360 min manat dəyərində qızıl vermişəm. Bu qadından şikayətçiyəm, dəyən ziyanın ödənilməsini istəyirəm".
Təqsirləndirilən G. Novruzova bildirib ki, zərərçəkən şəxs problemlərinin həlli üçün özü onu axtarıb tapıb:
"Bu xanım gəlib yalvardı ki, qızımın oğlan dostu onun foto və videolarını "tik-tok"da yayıb, onların yoxa çıxmasında kömək edim. Sonra da gəlib dedi ki, "Günay, yaxın qohumum soyuq silahla tutulub, kömək elə ki, bu əngəldən çıxa bilək. Hər dəfə bir istəklə yanıma gəlirdi. Mən də pul və qızıl qarşılığında əməl edib iş görürdüm".
Növbəti proses noyabrın 25-nə təyin olunub.
Xatırladaq ki, 2019-cu ildə Ü.M-un atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra Ü.M-un xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Ü.M və onun qardaşına qəyyum təyin edilməsini xahiş edib.
2025-ci ilin 1 sentyabr tarixində Ü.M-un məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətirib. Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən Günay Novruzova barəsində Cinayət Məcəllləsinin 133.2.4 (Əzabvermə – təqsirkar şəxs üçün aşkar xəstə, köməksiz və ya psixi pozuntu vəziyyətində olan, yaxud maddi, xidməti və ya başqa cəhətdən təqsirkar şəxsdən asılı olan şəxsə qarşı törədildikdə) 133.2.6 (xüsusi amansızlıqla, işgəncə verməklə törədildikdə) 178.3.2 (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə       Tarix: 04 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qurban Bayramov vəfat etdi

Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında vəfat edib. apa-ya istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. Qeyd edək ki, Qurban Bayramov 1946-c

Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi

Göyçayda 31 yaşlı stomatoloq ağır xəstəlikdən vəfat edib. xəbər verir ki, 1995-ci il təvəllüdlü Orxan Çingiz oğlu Cəfərov uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən İranda müalicə aldığı xəstəxanaların birind

Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı

Ağdaşda meyit tapılıb. KONKRET. -a istinadla xəbər verir ki, 40 yaşlı Rəşad Abidovun üzərində güllə yarası olan meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılı

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Zərdüşt Əlizadənin bacısı vəfat etdi

Filologiya elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Nüşabə Əlizadə vəfat edib. xəbər verir ki, bu barədə -a verilən məlumatda qeyd olunub. Qeyd edək ki, Nüşabə Əlizadə politoloq Zərdüşt Əlizadə və mərhum sabi

Beyləqanda usta faciəvi şəkildə öldü

Beyləqanda 27 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürülüb. xəbər verir ki, Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 199-cu il təvəllüdlü Rəhman Mənsur oğlu Hacızadən

Nazirliyə ziyan vuran şirkət rəhbərləri ilə bağlı qərar qismən ləğv edildi

Ali Məhkəmədə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. KONKRET

Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı

Noyabrın 2-də gecə saatlarında paytaxtın Biləcəri qəsəbəsində "Honda" markalı avtomobildə naməlum sərnişin sürücünü bıçaqla hədələyərək pul tələb edib. -ın məlumatına görə, bununla bağlı sürücü dərhal 102-yə məluma

Qusarda Diananı öldürən kənd mollası imiş - Dəhşətli qətlin təfərrüatı

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. KONKRET.azxitab24-ə istinadən xəbər verir ki


yeni xeberler son xeberler azerbaycan xeberleri gunun xeberleri en son xeber meherremlik 2026 xabarlar