Netanyahudan SENSASİYA: Xamenei sağdır və görün harda gizlənib
İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali dini lideri Müctəba Xameneinin sağ olduğunu və bunkerlərdən birində gizləndiyini iddia edib.
Netanyahu bildirib ki, Xameneinin hazırkı vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur:
"Onun hansı vəziyyətdə olduğunu demək çətindir. Hansısa bunkerdə və ya qapalı məkanda gizlənib. Düşünürəm ki, hakimiyyətini möhkəmləndirməyə çalışır. Məncə, o, atası Ayətullah Xamenei qədər nüfuza malik deyil. Bu isə rejim daxilində parçalanma yaradır və bu, yaxşı haldır".
KONKRET.az xəbər verir ki, bir neçə gün əvvəl İran rəsmilərindən biri Tasnim agentliyinə açıqlamasında Müctəba Xameneinin aldığı xəsarətlərdən tam sağaldığını və "səhhətinin yaxşı olduğunu" bildirib.
Bundan əvvəl isə CNN ABŞ kəşfiyyat məlumatlarına istinadən xəbər vermişdi ki, Xamenei yaralansa da, İranın hərbi strategiyasının formalaşdırılmasında mühüm rol oynamaqda davam edir.
Məlumatlara görə, o, həmçinin İranın ABŞ ilə müharibənin dayandırılması istiqamətində apardığı danışıqlara da təsir göstərir.
ABŞ kəşfiyyatı hələ də Xameneinin dəqiq yerini müəyyən edə bilməyib. Bildirilir ki, o, təhlükəsizlik səbəbindən elektron rabitə vasitələrindən istifadə etmir və yalnız şəxsən görüşən insanlar və ya kuryerlər vasitəsilə əlaqə saxlayır.
Telekanalın mənbələrinin sözlərinə görə, Xamenei bədəninin bir hissəsində ağır yanıq xəsarətləri aldığı üçün gizlənmək məcburiyyətində qalıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK