Netanyahunun addımları ABŞ-ı qəzəbləndirdi – Münasibətlər niyə soyuyur?

Son dövrlər ABŞ ilə İsrail arasında münasibətlərdə müəyyən gərginlik və fikir ayrılıqlarının yarandığı müşahidə olunur. Xüsusilə İran məsələsi, Qəzza müharibəsi, Livan və Suriya istiqamətində atılan addımlar, eləcə də Vaşinqtonun regionla bağlı siyasəti iki müttəfiq arasında fərqli yanaşmaların olduğunu göstərir.
Bəs münasibətlərdəki bu soyuqluğun əsas səbəbləri nələrdir və bu vəziyyət strateji tərəfdaşlığa təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ ilə İsrail arasında yaranan soyuqluğun əsas səbəblərindən biri Vaşinqton və Tehran arasında aparılan danışıqlara İsrailin sərt etirazıdır.
Netanyahunun addımları ABŞ-ı qəzəbləndirdi – Münasibətlər niyə soyuyur?Onun sözlərinə görə, xüsusilə İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ-İran razılaşmasına qarşı çıxması tərəflər arasında fikir ayrılığını dərinləşdirib:
"Son günlər ABŞ və İsrail arasında münasibətlərin soyuması məhz Vaşinqtonla Tehran arasında davam edən danışıqlar prosesi ilə bağlıdır. Xüsusilə Baş nazir Binyamin Netanyahu ABŞ ilə İran arasında mümkün razılaşmanın əleyhinə çıxırdı. Hazırda isə İran–ABŞ münasibətləri yeni mərhələyə keçir."
Politoloq hesab edir ki, Netanyahu son dövrlərdə ABŞ-ın daxili və xarici siyasətinə təsir göstərməyə çalışıb ki, bu da Vaşinqtonda narazılıq yaradıb:
"Düşünürəm ki, Netanyahu çox irəli getdi. O, Amerikanın daxili siyasətinə qarışdı, eyni zamanda xarici siyasətinə müdaxilə etməyə çalışdı. Bundan başqa, ABŞ İsrail hökumətinin Qəzza, Fələstin, Livan və Suriya ilə bağlı hazırkı siyasətini tam şəkildə qəbul etmir. Bütün bunlar tərəflər arasında münasibətlərin soyumasına səbəb olub.
Netanyahunun atdığı addımlar ABŞ-da Donald Trampa münasibətin mənfi istiqamətdə dəyişməsinə, hətta seçki proseslərinə də müəyyən təsir göstərə bilər".
Politoloq vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, ABŞ və İsrail arasında strateji müttəfiqlik davam edəcək:
"Bütün bu fikir ayrılıqlarına baxmayaraq, ABŞ və İsrail strateji müttəfiq olaraq qalırlar. Bu əməkdaşlıq davam edəcək. Lakin Netanyahunun Türkiyəyə qarşı nümayiş etdirdiyi aqressiv siyasət də Donald Tramp administrasiyası tərəfindən müsbət qarşılanmır. Bu da son dövrlər münasibətlərin soyumasını şərtləndirən amillərdən biridir."
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 18 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri