Nevroloqlardan xəbərdarlıq: smartfonlar erkən əqli zəifliyə səbəb olur

Nevroloqlardan xəbərdarlıq: smartfonlar erkən əqli zəifliyə səbəb olurMüasir cəmiyyətdə rəqəmləşdirilmə sistemindən həddindən artıq istifadə edilməsi əmək qabiliyyətinə malik 30 yaşdan 50 yaşa qədər olan insanların tez-tez beyin yorğunluğundan şikayətlənməsinə gətirib çıxarır. Neyroxirurq və yaddaş klinikasının direktoru Ayumi Okumura hesab edir ki, unutqanlıq ən yaxın zamanlaradək yaşlı adamlara xas xüsusiyyət idi, amma indi bu hal gənclərdə də müşahidə olunur. Direktor bunu insanların vaxtlarının çox hissəsini kompüter arxasında və yaxud da smartfonlardan istifadə etməklə keçirmələri ilə əlaqələndirir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, beyin vaxtaşırı sosial şəbəkələrdən məlumatlar qəbul etməyə, videolara, fotolora baxmağa, məktubları oxumağa məcbur olur və bu da onun yorulmasına gətirib çıxarır.
Məlumdur ki, beş hissiyyat orqanı - göz, qulaq, iy, dad, hiss orqanları vasitəsi ilə qəbul edilən hər bir informasiya beynin ağıl hissəsinin payına düşür və ondan sonra ilkin işlənmə üçün digər hissələrə ötürülür. İnformasiya dalğası ona gətirib çıxarır ki, beyn ağıl hissəsinin payına düşən işin həcminin öhdəsindən gəlməyə qadir olmur, fikirlərə nəzarət, emosiyaların idarə olunmasına təsir edə bilmir.
"Daxil edilən informasiyanın miqdarı həddindən artıq çoxalır, həzm olunmadan beyni yükləyir və bunun nəticəsində beyin zibil evinə dönür", - deyə Okumara bildirir.
Beyni yorulan insan adi hallarda səhvlərə yol verməyə başlayır, materialı yadda saxlaması çətinləşir, emosiyalarına nəzarət edə bilmir, qıcıqlanır və əsəbi olur. Onda ilkin əqli zəiflik və depressiya əlamətlərini xatırladan maraq və motivasiya hissləri itir.
Kompüter vasitəsilə işdə, eyni zamanda, bir-neçə tapşırığı yerinə yetirən müasir insan sadəcə öz istirahətinə vaxt ayırmalıdır. Əgər o, hətta məişət işlərini görərkən, smartfondan ayrıla bilmirsə və bununla paralel olaraq müxtəlif saytlara girib videolara baxırsa və ya oyun oynayırsa, onda öz beynini stress vəziyyətində saxlayır. Heç də təəccüblü deyil ki, bir qədər keçəndən sonra o, yorğunluq hiss edir və fikrini cəmləmək qabiliyyətini itirir. Bu da öz növbəsində, demensiyanın və stressin inkişafına gətirib çıxarır.
Beyin aparatının effektivlyini yüksəltmək və onun xidmət müddətini artırmaq üçün mütəxəssislər beyinə istirahət verməyi tövsiyə edir. Bunun üçün sadəcə, qadjetlərdən istifadənin müddətinin azaldılması və kifayət qədər yatmaq tələb olunur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 12 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber xeberler azerbaycan sonxeber.az xəbər