"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"

"Euronews Serbia" Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında baş vermiş yanğın və hadisə ətrafında yayılan məlumatlarla bağlı material dərc edib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, "Bakı niyə sursat anbarındakı yanğınla bağlı Azərbaycana qarşı hibrid informasiya hücumu aparıldığını bildirir?" sərlövhəli materialda hadisə ilə bağlı Azərbaycan dövlət qurumlarının açıqlamaları ilə yanaşı, Polşada yerləşən Belarus müxalif media platforması "Nexta"nın yaydığı iddialara da yer verilib.
Məqalədə qeyd olunur ki, sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında partlayışlarla müşayiət olunan yanğın baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, ətrafdakı obyektlərə ziyan dəyməyib.
"Euronews Serbia" Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatına istinadla yazır ki, aidiyyəti qurumların əməkdaşları dərhal hadisə yerinə cəlb olunub, vəziyyət nəzarətə götürülüb. Təhlükəsizlik məqsədilə Nizami və Xoylu kəndlərindən təxminən 5 min sakin təxliyə edilib və həmin gün axşam onların evlərinə qayıtmalarına icazə verilib.
Materialda xüsusi olaraq vurğulanır ki, Azərbaycan qurumları araşdırma davam etdiyindən yanğının səbəbi barədə hər hansı məlumat açıqlamayıb.
Bildirilib ki, bununla belə, "Nexta" kanalı hadisənin səbəbi müəyyən edilməmiş onu mümkün təxribat kimi təqdim edən material yayımlayıb.
"Hadisə yerindən rəsmi hesabatların olmamasına baxmayaraq, Polşada yerləşən Belarus müxalif media platforması Nexta "X" sosial şəbəkəsində hadisənin təxribat ola biləcəyini irəli sürən material yayımlayıb", – "Euronews Serbia" yazır.
Məqalədə diqqət çəkilən əsas məqamlardan biri isə "Nexta"nın bu ehtimalı təsdiqləyəcək hər hansı mənbə və ya sübut göstərməməsidir. Bildirilir ki, kanal "Azərbaycanda təxribat?" başlığı altında yaydığı materialda sursat anbarındakı yanğını Bakı-Moskva münasibətlərindəki mövcud vəziyyətlə əlaqələndirib.
Ətraflı
"Nexta heç bir sübut təqdim etmədən, rəsmi və ya qeyri-rəsmi mənbəyə istinad etmədən sursat anbarında baş verən hadisəni Bakı ilə Moskva arasındakı münasibətlərlə əlaqələndirib və bu münasibətlərin "uzun müddətdir gərgin olduğunu" bildirib", – məqalədə qeyd olunur.
"Euronews Serbia" yazır ki, "Nexta" bu kontekstdə Azərbaycan prokurorluğunun üç Rusiya vətəndaşı barəsində beynəlxalq axtarış elan etməsini də xatırladıb. Kanal, həmçinin heç bir rəsmi açıqlamaya istinad etmədən Rusiyanın Azərbaycanın Ukraynaya gizli silah tədarük etməsindən "illərdir şübhələndiyini" iddia edib.
Məqalədə "Nexta"nın yanaşmasındakı ziddiyyətə də diqqət çəkilir. Belə ki, kanal özü yanğının səbəbinin müəyyənləşdirilmədiyini etiraf etsə də, bundan dərhal sonra hadisəni Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirib.
"Üstəlik, Nexta kanalının materialında hadisənin səbəbinin müəyyən edilmədiyi etiraf olunsa da, dərhal ardınca insident Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirilib", – "Euronews Serbia" vurğulayır.
Məqalədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) məsələ ilə bağlı mövqeyi də geniş təqdim olunub. Qeyd olunub ki, Agentlik "Nexta"nın yaydığı məlumatı əsaslı sübutlara deyil, subyektiv fərziyyələrə söykənən yanaşma kimi qiymətləndirib.
MEDİA bildirib ki, yanğın hadisəsinin dövlətlərarası siyasi münasibətlər kontekstində təqdim edilməsi və bunun əsasında ictimai rəyin yönləndirilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı həyata keçirilən hibrid informasiya kampaniyasının tərkib hissəsidir.
"Təhlillər göstərir ki, baş vermiş hadisə vahid mərkəzdən koordinasiya olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Öz informasiya mühitindən kənarda olan aktorları daim hibrid müharibə aparmaqda ittiham edən Qərb mediası özü Azərbaycana qarşı mütəşəkkil dezinformasiya kampaniyası həyata keçirir", – MEDİA-nın mövqeyi "Euronews Serbia"nın materialında təqdim olunub.
Məqalədə Agentliyin son dövrlərdə Azərbaycanla bağlı oxşar yanaşmaların bir sıra Qərb media qurumlarında da müşahidə edildiyinə dair mövqeyi əksini tapıb. MEDİA belə məlumatların Azərbaycanın beynəlxalq nüfuzuna qarşı informasiya hücumunun tərkib hissəsi olduğunu bildirib.
Agentliyin mövqeyinə əsasən, "bu cür fərziyyələrin və ittihamların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir".

Siyasi       Tarix: 06 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler