Nicat Həsənli övladlarını atıb? - Xanımından şok iddialar
"Rəngarəng səhər" verilişində müğənni Nicat Həsənlinin şəxsi həyatı ilə bağlı qalmaqal yaşanıb.
azxeber.com xəbər verir ki, Damla və duet ortağı Nicat Həsənlinin qonaq olduğu verilişdə studiyaya göndərilən görüntülər hər kəsi şoka salıb. Belə ki, 2009-cu ildə ailə qurmuşam deyən Nicatın həyat yoldaşı heç kəsin bilmədiyi məlumatları paylaşıb:
"Mən Nicatın həyat yoldaşıyam. Bu günə qədər susmuşam amma daha susmayacağam. O, bu sahəyə çətinliklərlə gəlib, hörmətsizlik olmasın deyə səbrimi basmışam. Amma o yalan danışır, bu da mənə pis təsir edir. O, məndən boşanmadan Rusiyada ailə qurub. Hələ də ailəliyik, 3 övladımız var. Amma Nicat bizimlə yaşamır. Qızıma anasının, oğluma da atasının adını qoyub. Amma onlara baxmır. Bağça pulunu belə ödəmir. Deyir ananız ödəsin. Hamıya deyir hər gün toydayam, amma uşaqlarına lazım olanda deyir pulum yoxdur ".
Xanımın bu iddiaları studiyada hər kəsi şoka salıb. Onun göndərdiyi birlikdə çəkilən fotoları və özəl məlumatları təsdiqləyən Nicat Həsənli bir anlıq təəccübünü gizlədə bilməyib. O, olanlara belə açıqlama verib:
"Biz rəsmi ayrılmamışıq. Onlara ev vermişəm,uşaqlarıma da baxıram. Dünən görmüşəm uşağımı. Onun dediklərinin hamısı yalandır. Bilmədiyiniz ailə məsələləri var, bu mənim şəxsi həyatımdır. Burada danışılmağını istəmirəm. Onun yazdığı hər şey doğru deyil".
Daha sonra müğənni bu gün səhər xanımın ondan pul istədiyini, pulu xanımın kartına ödədiyini qəbzi göstərərək sübut edib.
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var