Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti tərəfindən diplomatik təyinatlarla bağlı sərəncam imzalanıb.
azxeber.com xəbər verir ki, Dövlət başçısının digər sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Anar Əcəmov uzun illər Azərbaycan Xarici İşlər Nazirliyi sistemində diplomatik fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində çalışıb.
Əcəmov Azərbaycanın Serbiyadakı səfirliyində müşavir, daha sonra isə Monteneqrodakı diplomatik nümayəndəliyində müşavir vəzifəsində fəaliyyət göstərib.
2018-ci ildə o, Azərbaycanın Monteneqrodakı müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.
Daha sonra Anar Əcəmov Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. 2025-ci ildə onun XİN-in Avropa idarəsinin müdiri vəzifəsini icra etdiyi bildirilib.
Yeni təyinatla Anar Əcəmov Azərbaycanı Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir kimi təmsil edəcək.
Günel

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Roman Abramoviç Bakıya gəldi
Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı
Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR
Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır
Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - YENİLƏNİB
Bu ərazilərdə işıq olmayacaq
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı