Niderlandda Azərbaycan əleyhinə aksiya keçirən ermənilər ərazidən qovuldu - FOTO

Niderlandda Azərbaycan əleyhinə aksiya keçirən ermənilər ərazidən qovuldu - FOTONiderlandda Azərbaycan əleyhinə aksiya keçirən ermənilər ərazidən qovuldu - FOTO
İyulun 18-də Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin qarşısında 100-ə yaxın erməni nümayiş keçirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əks-tədbir olaraq Azərbaycan icmasının nümayəndələri, onların ailə üzvləri, həmsərhəd Almaniya və Belçikada yaşayan soydaşlarımız əvvəlcədən səfirlik ərazisinə toplaşaraq, müvafiq plakatlar, holland və ingilis dilində şüarlar, son təxribat nəticəsində cəbhədə həlak olmuş hərbçilərin və mülki şəxsin şəkillərini nümayiş etdiriblər. Saat 3-də gələn erməni icmasının nümayəndələri azərbaycanlılar tərəfindən "Azərbaycan, Qarabağ" şüarları ilə qarşılanmış və səs gücləndirici vasitəsilə Azərbaycan himni və əsgər marşı ifa olunub. Daha sonra, Ermənistan tərəfindən işğal olunmuş ərazilər haqqında Niderland dilində məlumat verilərək onların adları bir-bir səsləndirilib.
Səfirliyin və Azərbaycan icmasının etirazlarına baxmayaraq, şəhər icra hakimiyyəti əvvəlcədən ermənilərə 7 saatlıq mitinq etməyə icazə verib. Bununla bağlı, səfir tərəfindən Niderland XİN-in protokol idarəsi və polis rəhbəri ilə bir neçə dəfə əlaqə saxlanılıb və nümayişin vaxtının azaldılması tələb edilib. Eyni zamanda, Azərbaycan icmasının nümayəndələri erməni icmasının nümayəndələri tərəfindən təxribata məruz qaldığı, onlara qarşı ermənilər tərəfindən şüşə butulkaların atılması polis tərəfindən qeydə alınıb. Səfirlik və icma tərəfindən göstərilmiş birgə müqavimət nəticəsində ermənilərin nümayişi cəmi 2 saat çəkib, polis əlavə olaraq əraziyə atlı polis və xidməti itləri gətirərək, ermənilərin etirazına baxmayaraq, onları ərazidən uzaqlaşdırıb. Beləliklə, ermənilərin mitinqi 7 saat əvəzinə 2 saat baş tutub və bu da onların narazılığına səbəb olub. Daha sonra, səfirlik ərazisində Azərbaycan icmasının nümayəndələri toplaşıb. Səfir Azərbaycan dövləti adından onlara təşəkkür edib, bu kimi tədbirlərdə birgə olmağa çağırış edilməklə yanaşı, son nöqtəyə qədər ermənilərə dirəniş göstərmək diqqətə çatdırılıb. Cavab olaraq, icma nümayəndələri dövlət başçısına öz sədaqətini bir daha ifadə edərək, "Vur, komandir, vur" deyərək Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini bildiriblər.
Niderlandda Azərbaycan əleyhinə aksiya keçirən ermənilər ərazidən qovuldu - FOTO

Sosial       Tarix: 19 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri son xeber az son xeberler 2026 kriminal xeberler