Niyə ilk olaraq muzeylər və qalereyalar açıldı? - Şirin Məlikova ilə müsahibə

Niyə ilk olaraq muzeylər və qalereyalar açıldı? - Şirin Məlikova ilə müsahibəNiyə ilk olaraq muzeylər və qalereyalar açıldı? - Şirin Məlikova ilə müsahibə
31 avqustdan etibarən ölkədə muzey və qalereyaların fəaliyyəti bərpa olundu.
Nazirlər Kabineti yanında Operativ Qərargahının qəbul etdiyi qərara mənfi münasibət bildirən narazı sosial şəbəkə istifadəçiləri olmasaydı, əyləncə mərkəzlərinin qapalı olması fonunda muzey, sərgi salonları və rəsm qalereyalarının ulduz saatı olduğunu düşünmək olardı.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Media.Az-a müsahibəsində bu barədə şübhələrin aradan qaldırılmasına kömək etdi.
Şirin xanım muzeylərin və sərgi salonlarının fəaliyyətinin bərpası ilə bağlı xəbərlər geniş ictimai reaksiya doğurdu. Necə düşünürsüz, niyə hökumət karantin rejimini yumuşaltmağa mədəni-maarif müəssisələrinin açılışı ilə başladı, əhalinin bu məqamla bağlı  narazılığının müəyyən dərəcədə haqlı olduğu fikri ilə razısınız?
Məsələyə bu qurumların ixtisaslaşması baxımından deyil, ziyarətçilərin sağlamlığı üçün yerləşdikləri məkanın təhlükəsizliyi baxımından nəzər yetirin. Düşünürəm ki, bu zaman əyləncə müəssisələri arasında niyə məhz  muzeylərin və qalereyaların birinci açılması tamamilə aydın olacaq. Muzeylər və qalereyalar, daha dəqiq desək, onların salonları və zalları daha çox insanın toplaşa biləcəyi kifayət qədər böyük məkanlardır. Bu məkanlar öz təyinatına və ölçüsünə görə, ziyarətçilərin kütləvi cəm olmasına və infeksiya təhlükəsinin yaranmasına imkan vermir.
Halbuki, məsələn, ticarət mərkəzlərindəki müəssisələrin fəaliyyət tərzi belədir ki, insanlar uzun müddət bir-birlərinə yaxın qalmaq məcburiyyətində olurlar - mağazalarda, kinoteatrlarda, fud-kortlarda (yemək yeyilən məkanlarda)...
Bundan əlavə, muzeylərin və qalereyaların daxili qida qəbulu üçün nəzərdə tutulmamışdır, yəni insanlar bu məkanlarda maskalarını çıxarmadan ziyarət etməlidirlər.  Beləliklə, muzeylər və sərgi salonları hazırda infeksiyanın yayılmaması baxımından mədəni istirahət üçün ən təhlükəsiz yerdir. Mən başa düşürəm ki, insanlar asudə vaxtlarını keçirdikləri digər istirahət mərkəzləri -  kinoteatr, attraksion və sair məkanlar üçün darıxıblar. Nə etməli, karantin hamımıza müəyyən məhdudiyyətlər qoyur. Səbirlə onun sonunu gözləyəcəyik.
Niyə ilk olaraq muzeylər və qalereyalar açıldı? - Şirin Məlikova ilə müsahibəVətəndaşlar ölkənin həyat fəaliyyətinin tam bərpasına qədər muzeylərin güzəştli və hətta yaxşı olar ki, pulsuz ziyarətinə ümid bəsləyə bilərlərmi?
Muzeyimiz dövlət müəssisəsi olduğundan biletlərin qiyməti barədə qərar daha yuxarı orqan səviyyəsində verilir. Yeri gəlmişkən, böyük adam üçün biletin qiyməti 10 yox, yeddi manatdır, uşaqlar üçün qiymət daha aşağıdır, bir sıra kateqoriyalı vətəndaşlar üçünsə muzeyə giriş tamamilə pulsuzdur. Ölkədəki digər muzeylərdə olduğu kimi ildə bir neçə dəfə muzeylərə pulsuz giriş günləri təşkil edilir.
İstirahət gününə gəlincə, iş qrafiki karantin səbəbindən dəyişib. Hazırda həftənin dörd günü – çərşənbə axşamından cümə gününə qədər işləyirik. Bazar ertəsi muzeylərdə ənənəvi istirahət günüdür. Ancaq indi şənbə və bazar günləri də xalqa qapalıyıq. Bir tərəfdən, karantin dövründə həftə sonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır, buna görə bu günlərdə potensial ziyarətçilərin sayı xeyli azalır. Digər tərəfdən, karantin rejiminin sərt tələbləri nəzərə alınmaqla, bir günlük istirahət artıq bizə çatmayacaq. Axı muzeydə adi təmizliklə yanaşı, hər həftə xüsusi vasitələrlə dezinfeksiya da edilməlidir.
- Bir çoxları karantin rejimi dövründə muzeyləri bağlamağın bir mənası olmadığını yazdı, çünki müəssisəyə giriş onsuz da az idi. Sizin nöqteyi-nəzərinizə görə, şəhər sənət, rəsm, tarixi anlamaq iqtidarında olan ağıllı, hərtərəfli insanlarla dolu olduğu halda muzeylərə və sərgilərə getmək sevgisini aşılamaq niyə mümkün olmur?
- Pandemiyanın gedişi, karantinin bütün dövrü ərzində dəyişdi. Xəstəliyin xüsusilə şiddətli olduğu bir dövr var idi. O zaman muzeylər və digər qurumlar (əhalinin gündəlik ehtiyaclarını təmin edənlər xaricində) niyə bu vaxt işləməlidir? Axı muzeylərdə robotlar deyil, xəstəliklərə həssas olan canlı insanlar xidmət edir. Onların da sağlamlıqlarının qayğısına qalmaq lazım idi.
Muzeylərə insan axınına gəldikdə, burada müxtəlif qurumlarda fərqli mənzərəni seyr edirik . Azərbaycan Milli Xalça Muzeyi ölkədə ən çox ziyarət edilən yerdir. Ziyarətçilərimiz arasında çox sayda xarici turist olmasına baxmayaraq, vətəndaşlarımız da kifayət qədər fəallıq göstərir.
Adətən insanlar həm tək, həm də qrup şəklində, bəzən ailəlikcə gəlirlər, hətta ən gənc qonaqlar üçün də proqramımız var. Muzeylərə sevgi uşaqlıqdan aşılanmalıdır. Odur ki, bir tərəfdən fəal şəkildə uşaq proqramları hazırlayırıq (xüsusi uşaq şöbəmiz də var), digər tərəfdən də muzeyin işini müasir tendensiyalar ruhunda interaktiv etməyə çalışırıq.
Niyə ilk olaraq muzeylər və qalereyalar açıldı? - Şirin Məlikova ilə müsahibə- Karantin dövründə muzeyin işi necə gedirdi, açıldıqdan sonra hansı rejimdə olacaq?
- Xalça Muzeyi karantin ayları boyunca fəal şəkildə onlayn iş aparıb və bu işi gələcəkdə də davam edəcək. Bu gün onlayn konfranslar, iclaslar və uzaqdan iş bir bizim üçün reallığa çevrilib. Həqiqətən bir çox məsələnin internet platformalarında daha sürətli və daha qənaətcil həll olunduğu göründü. Karantinin nə qədər davam edəcəyindən asılı olmayaraq, virtual aləmə qismən keçid qaçılmazdır və bu təkcə muzeylər üçün belə deyil. Biz artıq yeni bir dövrün başlanğıcının şahidi oluruq.
Bununla yanaşı, karantin aylarında hamımız başa düşdük ki, canlı ünsiyyət heç bir şeylə əvəz oluna bilməz. Sentyabrın 2-dən etibarən muzeyimiz, bəzi məhdudiyyətlərlə yenidən işinə başladı. Dezinfeksiya işləri üçün üçün əlavə istirahət günləri haqqında məlumat vermişdim. Bundan əlavə, ekskursiya qruplarında ziyarətçilərin sayını bir dəfəyə on nəfərdən çox olmamaqla azaltdıq. Bu addım infeksiya ehtimalının qarşısını almaq üçün atılır.

Sosial       Tarix: 02 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az cəbhədən son xəbər metbuat xeberleri enson xeberler