"Nokian Tyres" Rusiya biznesini "Tatneft"ə SATDI
Finlandiyanın təkər istehsalçısı "Nokian Tyres" Rusiya biznesini "Tatneft" neft şirkətinə satıb.
KONKRET.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Finlandiya şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirib ki, sövdələşmənin təxmini məbləği 400 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, "Nokian Tyres" 2005-ci ildən Rusiyada fəaliyyət göstərir. 2021-ci ildə şirkətin minik avtomobil şinlərinin təxminən 80%-i Rusiyada istehsal edilib. Eyni zamanda, şirkətin məhsullarının Rusiya və Asiyada satış payı təxminən 20% təşkil edib.
Xatırladaq ki, aprel ayında Avropa İttifaqı Rusiyaya qarşı təkərlərin Aİ-yə idxalına qadağa da daxil olmaqla, beşinci sanksiyalar paketini qəbul edib.
İyun ayında "Nokian Tyres" Rusiyadan çıxdığını elan edib. Avqustun sonunda isə şirkət Leninqrad vilayətindəki zavod üçün alıcı axtarmağa başlayıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü