Nur-Sultan şəhərinin sakinləri qərarlarını verdilər - VİDEO
Nur-Sultan şəhərinin sakinləri qərarlarını verdilər - VİDEO
Qazaxıstan paytaxtının sakinləri şəhərin adının yenidən Astana olmasını dəstəkləyiblər.
Sentyabrın 13-də şəhər məclisi (yerli nümayəndəlik orqanı) paytaxtın adının dəyişdirilməsinə münasibət bildirmək təklifi ilə vətəndaşlara müraciət edib. Bu mövzuda onlayn rejimdə ictimai dinləmələr keçirilib.
Dövlət Tarixi İnstitutunun direktor müavini Burkitbay Ayaqan Nur-Sultan adının, bəlkə də, tələsik qoyulduğunu deyib.
"Onimastika Komissiyası şəhərə Astananın adının qaytarılması ilə bağlı təklifimizi ətraflı nəzərdən keçirib və bunun daha məqsədəuyğun olduğunu, ən əsası isə cəmiyyəti birləşdirməyə imkan verdiyini düşünür", - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, birinci prezident, yəqin ki, bunu anlayışla qarşılayacaq və inciməyəcək.
Nur-Sultan Məsləhət Şurasının katibi Yerlan Kanalimov öz növbəsində əlavə edib ki, bu proses üç il əvvəlkindən daha ucuz başa gələcək.
Xatırladaq ki, sentyabrın əvvəlində "Jana Qazaxstan" ("Yeni Qazaxıstan") parlamentinin bir qrup deputatı Nur-Sultan şəhərinin adının dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. Bildirilmişdi ki, bir adamın adının sağlığında şəhərə verilməsi düzgün deyil.
Mənbə: Gazeta.ru
f Paylaş
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu