Nyu-York merinin "erməni soyqırımı" iddialarına SƏRT CAVAB
"Nyu-York şəhərinin meri Zohran Mamdani, ictimai şəxslər məsuliyyətli davranmalı, yanlış məlumat yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan əsassız bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər".
KONKRET.az xəbər verir ki, bunu Xarici işlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin meri Zohran Mamdaninin "erməni soyqırımı" ilə bağlı paylaşımına cavabında bildirib.
O, paylaşımında qeyd edib:
"Biz sizin təxribat xarakterli bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və faktları siyasi məqsədlər naminə təhrif edir.
2020-ci ildə Azərbaycan beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış suveren ərazisi daxilində hərəkət edib.
2023-cü ildə həyata keçirilən antiterror tədbirləri üçonillik davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələnib. "Qovulma" iddiaları isə erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təklif edildiyini nəzərə almır.
Seçilmiş bir vəzifəli şəxsin birtərəfli yanaşmanı təşviq etməsi, işğal dövründə yüzminlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qırğınları, həmçinin mədəni və dini irsin məhv edilməsini görməzdən gəlməsi xüsusilə narahatedicidir.
Belə məsuliyyətsiz açıqlamalar qəbuledilməzdir və dərhal silinməlidir".

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK