Nyu-Yorkda Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi qeyd edilib - FOTO
Nyu-Yorkda Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi qeyd edilib - FOTO
Nyu-Yorkda, BMT-nin iqamətgahında iki əlamətdar hadisəyə - Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə və qarşıdan gələn üç ildə, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təntənəli bayram tədbirinin keçirildiyi salona çoxsaylı qonaqlar toplaşıblar. BMT Baş katibinin müavinləri, Birləşmiş Millətlər Təşkilatı Katibliyinin və BMT sisteminin yüksəkvəzifəli əməkdaşları, qurumun üzvü olan dövlətlərin səfirləri, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan diplomatlarının dostları və həmkarları qonaqlar arasında olublar.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin başçısı, səfir Yaşar Əliyev qonaqlara təbrik nitqində Azərbaycanın diplomatik xidmət orqanlarının inkişafının əsas mərhələlərini göstərib, bu ilin oktyabrında Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XVIII Konfransının uğurla keçirildiyini qeyd edib, Azərbaycanın BMT ideallarına və müxtəlif sferalarda çoxtərəfli əməkdaşlığın prinsiplərinə sadiq olduğunu vurğulayıb.
"Azərbaycan sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, dayanıqlı inkişafın əldə olunması, mədəniyyətlərarası və dinlərarası dialoqun irəlilədilməsi və dərinləşdirilməsi üçün ardıcıl səylər göstərir", - o deyib.
Qonaqlar təntənə və bayram əhval-ruhiyyəsi yaradan səmimi və mehriban qəbulu, ənənəvi Azərbaycan qonaqpərvərliyini və milli mətbəximizin ləziz təamlarını layiqincə qiymətləndiriblər.


Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı