Nyu-Yorkun "Times" meydanında Novruz şənlikləri - VİDEO
Nyu-Yorkun "Times" meydanında Novruz şənlikləri - VİDEO
Həmyerlilərimiz ABŞ-da Novruz bayramını qeyd ediblər.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, bayram münasibətilə ABŞ-ın Nyu-York şəhərinin "Times" meydanında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib.
Novruz bayramı ərəfəsində Azərbaycanın adət-ənənələrini və milli rəqslərini ABŞ ictimayyətinə, turistərə tanıtmaq məqsədi ilə reallaşan layihə Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdərəlinin təşəbbüsü, Bruklin rayonunda fəaliyyət göstərən "Mənim yolum" ("My way") - Uşaq İnkişaf Mərkəzinin direktoru Alyona Bədəlovanın dəstəyi ilə baş tutub.
Nyu-York-da Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, milli musiqisini və rəqslərini qoruyub saxlayan, təbliğ edən "Mənim yolum" Uşaq İnkişaf Mərkəzinin şagirdləri hər gün minlərlə turistin ziyarət etdiyi "Times" Meydanında rəqs ediblər.
Onlar milli geyimləri və göz oxşayan rəqsləri ilə iki saat ərzində bir neçə müxtəlif rəqs kompozisiyaları nümayiş etdiriblər. Məktəbli rəqqasların uğurlu performansları meydanı ziyarət edən insanların diqqətini çəkib. Rəqqasları maraqla izləyən ziyarətçilər onları alqışlayıb, foto və videolarını çəkiblər.
/oxu.az
f PaylaşXidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR