Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi

Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildiMərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.
azxeber.com xəbər verir ki, bununla bağlı Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib.
Yeni tarif modelində xidmət haqqının vaxtdan asılı olmayaraq əməliyyat məbləğinin həcminə əsaslanan intervallar üzrə sabit məbləğlərlə tətbiq olunması nəzərdə tutulub.
Bundan əlavə, innovativ ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə 24/7 rejimində hesablaşmaların real vaxtda icrasını təmin edən Ani Ödənişlər Sistemi (AÖS) üzrə xidmət haqları digər sistemlərlə müqayisədə daha aşağı müəyyən olunub. Ödənişlərin AÖS vasitəsilə icrası istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən köçürmələrin aparılmasına, habelə vəsaitlərin dərhal bank hesabına qəbulu ilə likvidliyin yüksəldilməsinə imkan yaradır.
Tarif siyasətinin təkmilləşdirilməsi çərçivəsində Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmət haqlarına da dəyişikliklər edilib, kartdan köçürmə əməliyyatlarının emalı üzrə tariflər müəyyən olunub.
Mövcud bazar şəraiti nəzərə alınmaqla hazırlanmış yeni tarif siyasəti ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləməklə yanaşı, ödəniş xidməti istifadəçilərindən tutulan xidmət haqlarının optimallaşdırılmasına xidmət edir.
Qeyd edək ki, yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.
Sistemlər üzrə yeni tariflərlə keçid vasitəsilə tanış olmaq mümkündür.

İqtisadiyyat       Tarix: 14 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Pensiya artımları ilə bağlı - AÇIQLAMA

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (548 milyon manat) çox olmaqla 5 milyard 874 milyon manat vəsait yönəldilib. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məluma

"Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" təlimi keçirilib - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 3 oktyabr tarixində "Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" mövzusunda peşəkar təlim keçirilib. "Kavkaz Logistics"in baş sponsorluğu, "Premium Residence"i

Nərimanovda tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri

Nərimanovda mənzil axtaranlar üçün yeni imkan: tikintisi davam edən mənzillər yeni satış şərtləri ilə. Tikintisi davam edən layihədən mənzil seçmək həm daha geniş seçim imkanları yaradır, həm də gələcək dəyər artımından yararlanma

Gələn il kimlərin maaşı arta bilər?

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını bildirməsi növbəti sosial proqramın konturlarını müəyyə

Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi

Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yen

"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 4 oktyabr tarixində "Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirilib. xəbər verir ki, "Kavkaz Logistics"in baş sponsorluğu, "Premiu

PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar

2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov PASHA Bank Georgia-nın Müşahidə Şurasının sədri, PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə isə Müşahidə Şurasını

AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb

Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb

Görüşdə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafı, süni intellekt dövründə telekommunikasiya sektorunda baş verən dəyişikliklər və qadınların texnologiya sahəsində liderliyi müzakirə olunub. Azercell-in baş icraçı direktor


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi banklar cəbhədən son dəqiqə son xeberler 2026 xeber saytlari