Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olar

Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olarXəbər verdiyimiz kimi, Azərbaycanda ödənişli avtomagistrallarda hərəkət edən nəqliyyat vasitələri üçün yeni sürət hədləri müəyyən edilir. "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlara təklif olunan dəyişikliklər Milli Məclis tərəfindən III oxunuşda qəbul edilib və yeni qaydalara əsasən minik avtomobilləri üçün ödənişli yollarda maksimal sürət 130 km/saat, bəzi digər nəqliyyat vasitələri üçün isə 90 km/saat olaraq müəyyənləşdirilib.
Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olarNəqliyyat eksperti Elməddin Muradlı azxeber.com-a açıqlamasında bildirib ki, ödənişli yollarda sürət həddinin 130km/ saat olması zəruri idi: 
"Azərbaycanda magistral yollarda icazə verilən maksimal sürət həddi 110 km/saat müəyyən edilib. Yenilik olaraq ödənişli yollar da istifadəyə verilib. Ödənişli yolların keyfiyyəti və rahatlığı daha yüksək olduğuna görə burada sürət həddinin artırılması ilə bağlı müzakirələr aparılırdı. Bu müzakirələrin nəticəsi olaraq artıq parlamentdə qərar qəbul edilib ki, ödənişli yollarda maksimal sürət həddi 130 km/saata qaldırılsın". 
Ekspert deyib ki, ödənişli yollarda sürət həddindən bəzi sürücülər istifadə edir:
"Yol şəraiti imkan verirsə, bu sürətlə hərəkət etmək mümkündür. Lakin bəzi sürücülər bundan sui-istifadə edir, hətta 150 km/saatdan artıq sürətlə hərəkət edərək görüntüləri sosial şəbəkələrdə paylaşırlar. Polis belə hallarla bağlı tədbirlər görür və maarifləndirici iş aparır, lakin buna baxmayaraq, bəzi sürücülər sürətə meyilli olduqlarını gizlətmirlər".
E.Muradlı qeyd edib ki, ödənişli yollarda radarlar olmasa, sürücələr daha təhlükəli sürətlə hərəkət edərlər:
"Sürətin nə qədər təhlükəli olduğunu unutmaq olmaz. Çünki yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin əsas səbəblərindən biri məhz sürət rejiminin pozulmasıdır. Bu baxımdan məsələyə çox ciddi yanaşmaq lazımdır. Radarların mövcudluğu isə problem deyil, çünki bu, beynəlxalq təcrübədə də qəbul olunmuş yanaşmadır. Yəni, hər hansı ərazidə yüksək sürət rejimi tətbiq olunursa, orada mütləq şəkildə nəzarət mexanizmləri də qurulmalıdır. Əgər nəzarət olmasa, sürücülər müəyyən olunmuş 130 km/saat həddinə deyil, daha təhlükəli sürətlə hərəkət edə bilərlər". 
Şahanə Ziyad

Sosial       Tarix: 25 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xabar az ən son xəbərlər cəbhədən canlı