"Oğlum məni istəmir..." - Efirdə ağladı
"8 il xərçəng xəstəliyindən əziyyət çəkmişəm. 17 yaşımda bilirdim ki, xərçəngəm. Ailə qurmuşdum. Övladım oldu. Lakin övladımla aramda soyuqluq yarandı".
Open.az xəbər verir ki, bu sözləri müğənni Dana Durdana ARB TV-də yayımlanan "Ona qalsa" proqramında deyib.
O, böyük övladı ilə görüşmədiyini dilə gətirərək ağlayıb: "Yaşım az idi, imkanım yox idi deyə övladımı götürüb baxdılar. Bala dərdi çəkmişəm. Sumqayıtda öz atası ilə böyüyür. Atası evlənməyib, 47 yaşı olacaq. Mənim 34 yaşım var, o, mənim dayım oğludur. Uşağıma yaxşı baxırlar. Bəzi nüanslar var. Məni ana kimi sındırdılar. Anamdan sınmışdım, baladan da sındım. Yenə də övladımı gözləyirəm. 12 ildir ki, balamdan ayrıyam. Onu görməyə çox cəhd etmişəm. Kiçik övladımın adını ona uyğun qoymuşam. Böyüyün adı Murad, balacanın isə Maraddır. Övladım dünyaya gələndə xərçəng xəstəsi idim. Amma 4 yaşından balamı məndən ayırdılar, dağ çəkildi. İmkanlı olublar deyə götürüblər. Xahiş etmişəm ki, saxlayırsınızsa ana kimi gəlim baş çəkim. Onu da mənə çox gördülər. 12 il bundan öncə yetim qızın əlindən ona məxsus bir şeyi aldılar. Amma analıq adını almaq olmaz. İndi mənim yaralı yerimdir. Adətən, mənimlə kimsə dalaşanda o yaralı yerimə ayaq basır. Axrıncı dəfə böyük oğluma sual verildi ki, istəyirsənsə, ananla çıxıb gedə bilərsən. Dedi ki, bu qadını qovun çıxsıb getsin, o, mənim atamı döyəcək. Üstümə çox hücumlar oldu. Mən sadəcə uşağımı görüb çıxıb getmək istədim. Axı, mən əxlaqsız qadınlardan deyiləm. O uşaqdan ötrü bilirsiz başıma nələr gəldi? Balalarımı bir-birindən ayırmıram. Amma neyləyim ki, balam məni istəmir...". (axşam.az) /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq