Oğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTO

Oğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTOOğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTO
Çində kiçik bir onlayn mağazanın sahibi ölümcül xəstə oğlunun müalicəsi üçün kimyanı öyrənməyə və genetik araşdırmalara başlayıb.
Yunnan əyalətinin Kunmin şəhərindən olan Syuy Veyin bir yaşlı oğluna Menkes xəstəliyi diaqnozu qoyulub. Belə hallarda ömür müddəti üç ildən çox olmur. Eksperimental klinikada müalicə xeyir eləmədiyi, həmçinin Çində müalicə üçün əhəmiyyətli olan mis histidin əldə edə bilmədiyi (pandemiyanın yaratdığı məhdudiyyətlərə görə onun xaricdən gətirilməsi də mümkün olmur) üçün orta məktəb təhsili olan Vey dərmanı özü hazırlamaq qərarına gəlir.
O, müstəqil şəkildə kimyanı öyrənməyə başlayır. Məlumatları isə ABŞ-ın elmi jurnallarından götürür. Bundan başqa bir neçə universitetdə ictimai kurslara yazılır və farmasevtliyi öyrənməyə başlayır.
Tezliklə o, mənzilində 3100 dollara kimyəvi laboratoriya qurur və dərman hazırlamağa başlayır.
O, mis histidi əldə etdikdən sonra komponenti dovşanların, ardınca isə öz üzərində sınayıb, təhlükəsizliyinə əmin olduqdan sonra isə oğluna vurub. Daha sonra o, oğlunu xəstəxanaya analizlər üçün aparıb.
Bir müddət sonra Syuy Vey Menkes xəstəliyində yardımı görünən daha bir preparat – elesklomol hazırlayır və əvvəl dovşanlarda, sonra isə özündə sınaqdan keçirdir.
"Dərman oğlumu sağaltmasa da, halının pisləşməsinin qarşısını aldı", - deyə ata bildirib.
Qeyd edək ki, Veyin oğlu sərbəst hərəkət edə, danışa bilmir, ancaq duru yemək yeyir. Bununla belə onu güldürəndə gülür. Syuy Vey  genetika sahəsində tədqiqatların oğlunu sağaldacağına ümid edir. Hazırda kişi genetik mühəndisliyi öyrənmək üçün universitetə hazırlaşır.
"Hesab edirəm ki, bütün çətinliklərin öhdəsindən gəlmək olar və ümid edirəm ki, oğlum düzələcək. Mən sadəcə əlimdən gələni etməliyəm", - deyə kişi bildirib.
Yerli Səhiyyə qurumundan bildirilib ki, Syuy Vey dərmanı ancaq öz oğlu üçün istehsal etdiyi müddətdə və onu üçüncü şəxsə satmadığı halda hökumət onu məsuliyyətə cəlb etməyəcək
Oğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTOOğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTOOğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTOOğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTOOğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTOMənbə: "South China Morning Post"

Maraqlı       Tarix: 16 oktyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler krimnal xeber bugünkü son xəbərlər siyaseti xeberler bugun